ƏLİ İNSANOV AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB
Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Avropa Məhkəməsinə şikayət edib. Ə.İnsanovun vəkili Toğrul Babayev «Trend»ə bildirib ki, şikayətdə İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə (maddə 6) və qanunsuz cəzalandırılmamaq (maddə 7) hüquqlarının pozuntuları qeyd olunub.
Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə hökmün Ə.İnsanova aid hissəsini qüvvədə saxlayıb.
Avropa Məhkəməsindən sabiq nazirin pozulmuş hüquqlarının bərpası xahiş olunub.
Vəkil şikayətdə kompensasiyanın məbləğinin müəyyənləşdirilmədiyini bildirib. T.Babayev deyib ki, şikayətin məhkəməyə daxil olması barədə onlara məlumat verilib.
(Media Forum)
Əvvəlki məqalə: «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin apellyasiya şikayəti təmin edilməyib
Sonrakı məqalə: Lalə Şövkət: «Bizim vətəndaşlar bu gün özlərini öz vətənlərində inkvizisiya stoluna bərkidilmiş kimi hiss edirlər»
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3322
