"Millətin yalançı qəhrəmanları"...
"Millətin yalançı qəhrəmanları
Millətin evini yıxacaqsınız!"
Bu misranı kim yazıbsa yadımda deyil. Amma, nə vaxt yazılıbsa yaxşı yadımdadı. 1989-cu ildə Azərbaycan çalxalananda yazılıb bu misralar. Xankəndi getdi. Şuşa getdi. Laçın getdi. Kəlbəcər getdi. Ağdam getdi. Qubadlə getdi. Yeni-yeni dahilər peyda oldu. Ölkəni heykəl bürüdü. Ölkənin təbii sərvətləri satıldıqca, yaxın və uzaq xaricə çörək dalınca qaçan azərbaycanlıların sayı artdı. Feodal-avtoritar rejim idarə edir ölkəni.Bir bu getmədi. Daha nələr getdi. Daha nələr oldu...
Vaxtında yazılan misralardır. Bu sözlər bu gün də aktualdır:
"Millətin yalançı qəhrəmanları
Millətin evini yıxacaqsınız!"
(Mirzə Xəzər)
Əvvəlki məqalə: ELANLAR! ELANLAR! ELANLAR!
Sonrakı məqalə: Bu gün Analar günüdür! Bütün anaları təbrik edirik!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3318
