Mayın 5-də tanınmış qəzetçi Adil Qaçayoğlu (Adil Atakişiyev) torpağa tapşırılıb
ADİL QAÇAYOĞLU TORPAĞA TAPŞIRILIB 2008-05-05 – 16:49:00
Mayın 5-də tanınmış qəzetçi Adil Qaçayoğlu (Adil Atakişiyev) vəsiyyət elədiyi məkanda – ağdamlı məcburi köçkünlərin dəfn olunduğu Biləcəri qəbiristanlığında torpağa tapşırılıb. Mərhum jurnalistin dəfnində doğmaları, yaxınları, həmkarları, siyasət adamları və ictimai sektor təmsilçiləri iştirak edib.
A.Qaçayoğlunun yas mərasimi yaşadığı evin həyətində (7-ci mikrorayondakı «Ankara» şadlıq evinin arxası) qurulmuş çadırda davam edir. Mayın 7-də mərhumun üç və yeddi mərasimləri birgə veriləcək.
1955-ci ildə Tərtərdə anadan olan A.Qaçayoğlu əslən Ağdamın Seyidli kəndindən idi. Orta təhsilini Balakən rayonunda almış, 1976-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi.
Qəzetçi ömrü boyunca ölkənin ən tanınan qəzetlərində məsul vəzifələrdə çalışan jurnalistin axırıncı iş yeri «Yeni Müsavat» qəzeti oldu.
A.Qaçayoğlu görkəmli publisist, son dərəcə təmiz jurnalistika adamıydı. Ustad qəzetçi kimi onlarla jurnalistin yetişməsində müstəsna rol oynamışdı.
Tanınmış jurnalist iki övlad atası idi. Qızı Kəmalə Dövlət Dillər Universitetinin magistiri, oğlu Anar orta məktəb şagirdidir.
«Media forum»
Əvvəlki məqalə: «AZƏRBAYCAN-İSRAİL DOSTLUQ PARKI»nın AÇILIŞI TƏXİRƏ SALINIB
Sonrakı məqalə: ELANLAR! ELANLAR! ELANLAR!