Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«AZƏRBAYCAN-İSRAİL DOSTLUQ PARKI»nın AÇILIŞI TƏXİRƏ SALINIB

Mirzə Xəzər 07 May 2008

2008-05-07 – 15:35:00

Bakıda «Azərbaycan-İsrail dostluq parkı»nın açılışı gələn həftəyə qədər təxirə salınıb. Bu barədə «Trend» agentliyinə İsrailin Azərbaycandakı səfiri Artur Lenk məlumat verib.

Mayın 8-də İsrailin müstəqillik günündə səfirlik Bakıda dostluq parkı açmağı planlaşdırırdı.

Qarabağ Azadlıq Təşkilatı parkın açılış mərasiminin mayın 8-də keçirilməsinə etiraz etmişdi. Təşkilat bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət də ünvanlamış, Şuşanın işğalının ildönümü günü belə bir mərasimin keçirilməsinin yolverilməz olduğunu bildirmişdi.

A.Lenkin sözlərinə görə, gələn həftə Bakıya İsrailin kənd təsərrüfatı naziri səfər edəcək və parkın açılışı da onun səfəri çərçivəsində baş tutacaq.

(Media Forum)

Əvvəlki məqalə: Salam, Mirzə müəllim

Sonrakı məqalə: Mayın 5-də tanınmış qəzetçi Adil Qaçayoğlu (Adil Atakişiyev) torpağa tapşırılıb