Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycan yenə də “azad olmayanlar” sırasındadır

Mirzə Xəzər 30 Apr 2008

«Freedom House»un növbəti illik hesabatında ölkəmiz mətbuat azadlığına görə sonuncu yerlərdən birini tutur “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı 195 ölkədə mətbuatın azadlığına dair növbəti illik hesabatını yayıb. Təşkilatın araşdırmasına görə, 72 ölkədə mətbuat azadlığı var, 64 ölkədə mətbuat azad deyil, 59 ölkədə isə qismən azaddır. Azad fikir ən çox Asiya ölkələrində və keçmiş sovet məkanında təqiblərə məruz qalıb. Sənəddə Azərbaycanda da müsbətə doğru irəliləyişin olmadığı bildirilir. Azərbaycan mətbuatın azad olmadığı ölkələrdən sayılır və “Freedom House”un siyahısında 168-ci yerdədir. Hesabatda Azərbaycanda üç jurnalist həbsdə olması, beynəlxalq hüquq müdafiə təşkilatlarının dəfələrlə rəsmi Bakıdan onları dərhal azad etməyi tələb etməsi xüsusi vurğulanıb. Xatırladaq ki, “Freedom House”un bundan əvvəlki hesabatında da Azərbaycan mətbuatın azad olmadığı ölkələr sırasında yer almışdı.

Informasiya şöbəsi (“Azadlıq” qəzeti)

Əvvəlki məqalə: O illərdə Qərb mətbuatı və Qərb jurnalistləri bütövlükdə

Sonrakı məqalə: Qarabağ Azadlıq Təşkilatı ilə İsrailin Azərbaycandakı səfirliyi arasında narazılıq böyüyür