Ərdəbilli jurnalist Rəhim Qulamı həbs edilib
ƏRDƏBİLLİ JURNALİST HƏBS EDİLİB
2008-04-11 - 17:51:00
Ərdəbilli jurnalist Rəhim Qulamı həbs edilib. ETTELAAT əməkdaşları aprelin 10-da günorta çağı onun yaşadığı mənzilə gələrək hər hansı qərarı təqdim etmədən jurnalisti ailə üzvlərinin gözü qabağında tutub naməlum istiqamətə aparıblar. Qulaminin kompüter, əlyazma və SD-ləri də müsadirə olunub.
«Media forum» saytı xəbər verir ki, R.Qulami «Yaşıl Muğan», «Mehri-Ərdəbil», «Araz», «Füruqi-Azərbaycan» və «Yarpaq» dərgiləri ilə əməkdaşlıq edib, bu nəşrlərdə onun bir çox yazıları işıq üzü görüb.
R.Qulami İran mətbuatında dərc edilmiş, azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq 2006-cı ilin mayında keçirilən və iğtişaşla nəticələnən aksiyalara qatıldığı üçün bir müddət həbsdə saxlanmış, sonra cərimələnərək sərbəst buraxılmışdı.
Qulaminin son vəziyyəti barədə hər hansı məlumat yoxdur.
«Media forum»
Əvvəlki məqalə: Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımovun 70 yaşı tamam oldu
Sonrakı məqalə: Mikloş Haraşti: «Jurnalistin döyülməsini və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb»
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3296