Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

DÜNYA AZƏRBAYCAN AYDINLARI BİRLİYİ MAHİR CAVADOVUN QURUMA ÜZVLÜYÜNƏ YOX DEYİB

Mirzə Xəzər 10 Apr 2008

no comments

2008-04-09 - 19:58:00


Xaricdə yaşayan azərbaycanlı ziyalıların yaratdığı Dünya Azərbaycan Aydınları Birliyi (DAAB) Təşəbbüs Qrupundan «Media forum» saytına bildiriblər ki, Xətai rayonunun keçmiş prokuroru, Avstriyada mühacirətdə olan Mahir Cavadovun bu quruma üzvlüyü səs çoxluğu qazanmayıb. Belə bir səsvermə M.Cavadovun DAAB Təşəbbüs Qrupuna müraciəti mübahisə doğurduğundan keçirilib.

32 nəfər üzvü olan DAAB Təşəbbüs Qrupunun sədri İsveçrədə yaşayan keçmiş sovet diplomatı Valeh İbrahimovdur. İsa Sadıqov (Norveç), Fəxrəddin Hacıbəyli, Orxan Aras (hər ikisi Almaniya), Elman Mustafazadə (Hollandiya) kimi tanınmış mühacirlər DAAB-ın qurucuları arasında yer alıb.

Mahir Cavadov Azərbaycanı 1995-ci ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı yatırılandan sonra tərk edib. Həmin hadisələrdə onlarla adam, o cümlədən M.Cavadovun qardaşı, daxili işlər nazirinin sabiq müavini Rövşən Cavadov həlak olub, yüzlərlə XTPD üzvü həbs edilib. Azərbaycanın hüquq-mühafizə orqanları M.Cavadovu mart hadisələrinin təşkilatçılığında ittiham edir və o axtarışdadır.


«Media forum»

Əvvəlki məqalə: «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil AzTV, «Space», «Lider» və ATV telekanallarına, həmçinin İstintaq İdarəsinə qarşı məhkəmə iddiaları qaldırır

Sonrakı məqalə: Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımovun 70 yaşı tamam oldu

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3294

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin