Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil AzTV, «Space», «Lider» və ATV telekanallarına, həmçinin İstintaq İdarəsinə qarşı məhkəmə iddiaları qaldırır

Mirzə Xəzər 10 Apr 2008

no comments

AQİL XƏLİL İSTİNTAQ İDARƏSİNİ DƏ MƏHKƏMƏYƏ VERİR, TELEKANALLARI DA
2008-04-10 - 16:45:00

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil AzTV, «Space», «Lider» və ATV telekanallarına, həmçinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə qarşı məhkəmə iddiaları qaldırır.


Jurnalistin vəkili Elçin Sadıqov «Turan» agentliyinə bildirib ki, A.Xəlil telekanallardan istintaq qrupunun hazırladığı bədnam telesüjetlərlə bağlı cavab sözü demək imkanı yaratmağı tələb edir. İstintaq İdarəsindən A.Xəlilin tələbi isə üzr istəmələri və onun işində saxtakarlığı aradan qaldırmalarıdır.

Xatırladaq ki, vəkil E.Sadıqov da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ilə bağlı məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsinə üz tutan vəkil müstəntiqin cəzalandırılmasına, kompensasiya ödəməsini tələb edir. E.Sadıqov A.Xəlil aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilərkən vəkil hüquqlarını gerçəkləşdirməyə imkan verilməməsindən, 12 saatdan artıq qapalı şəraitdə saxlanılmasından narazı qalıb.

Vəkil iddia edir ki, müstəntiq Əli Quliyev ona münasibətdə ölkə konstitusiyasının, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» konstitusiya qanununun, Cinayət Prossesual Məcəllənin, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin ciddi pozuntusuna yol verib.

Vəkil Nəsimi Rayon Məhkəməsindən xahiş edib ki, aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 12 saat saxlanılmasını, vəkil hüquqlarını gerçəkləşdirməyə əngəllər yaradılmasını qanunsuz hesab edən, pozulmuş hüquqlarına görə təzminat ödənilməsini nəzərdə tutan qərar qəbul etsin. Vəkil həmçinin müstəntiq Əli Quliyev barəsində xüsusi qərar qəbul edilməsini istəyir.

A.Xəlil fevralın 22-si 6-cı mikrorayondakı Zeytun bağında döyülüb. Reportyor bildirib ki, həmin vaxt bağda torpaq sahəsinin satılması üzrə sözləşmə anını fotokameraya çəkirmiş. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi və Binəqədi Rayon Prokurorluğu təhqiqat aparıb.

Martın 13-ü A.Xəlil işdən evə gedərkən Bakı Apellyasiya Məhkəməsinin binası yaxınılığında hücuma məruz qalıb və döş qəfəsindən bıçaq zərbəsi alıb. Bu hücumla bağlı qaldırılmış cinayət işi sonradan A.Xəlilin Zeytun bağında döyülməsi faktı ilə eyni icaraatda birləşdirilib və Respublika Prokorurluğuna verilib.

Aprelin 7-də Baş Prokurorluq istintaq barədə rəsmi məlumat yayaraq jurnalistin peşə fəaliyyəti ilə bağlı deyil, şəxsi - qeyri-ənənəvi intim münasibətlər zəminində vurulduğunu, hadisəni törədən Sergey Strekalik adlı şəxsin həbs olunduğunu bildirib. Həmin gün və sonrakı gün bir neçə telekanal, o cümlədən dövlət televiziyası Sergey Strekalikin istintaqa ifadələrini yayımlayıb.

A.Xəlil və «Azadlıq» qəzeti istintaqın gəldiyi nəticəni qurama hesab etdiyini açıqlayıb.


("Media Forum")

Əvvəlki məqalə: Xaliq Bahadır: Azərbaycan işğal altında

Sonrakı məqalə: DÜNYA AZƏRBAYCAN AYDINLARI BİRLİYİ MAHİR CAVADOVUN QURUMA ÜZVLÜYÜNƏ YOX DEYİB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3293

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin