Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) Güney Azərbaycan siyasi və təriqət məhbuslarının son durumu barədə məlumat yayıb

Mirzə Xəzər 08 Apr 2008

no comments

AZƏRBAYCAN SİYASİ MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ GÜNEYLİ FƏALLARIN SON DURUMU BARƏDƏ YENİ HESABAT YAYIB
2008-04-08 - 19:51:00


«Media forum» saytı ASMEK-ə istinadla xəbər verir ki, dörd ildir Urmiyanın mərkəzi zindanında saxlanan Qoşaçay şəhərinin Üçtəpə kəndinin «Atəş bəyi» təriqətinin üzvləri Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Mehdi Qasımzadə aclıq aksiyasına başlayıblar. Aclığa başladıqdan sonra məhbusların təkadamlıq kameralara aparıldığı, onların səhhətinin son dərəcə ağır olduğu bildirilir.

Bu dörd nəfər 4 il əvvəl hökumət qüvvələri ilə «Əhli-həqq» təriqətinin üzvləri arasında baş vermiş silahlı qarşıdurmadan sonra həbs edilib. Onlar ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq edama məhkum olunublar.

Təbriz Universitetinin hüquq fakültəsinin iki tələbəsi Hüseyn Yusifi və Qəfur Həbibpurun da milli təhlükəsizliyə qarşı çıxmaqda günahlandırılaraq həbsə məhkum edildiyi bildirilir. Onlar İran mətbuatında dərc edilmiş, azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq 2006-cı ilin mayında keçirilən və iğtişaşla nəticələnən aksiyaların ildönümü münasibətilə reallaşdırılan aksiyalara qatıldıqları üçün tutulmuş, bir müddət sonra mülk girovu müqabilində sərbəst buraxılmışdılar.

ASMEK-in məlumatında o da vurğulanır ki, bir ay əvvəl Ərdəbildə tutulan Rəhim Gülabi, Cəfər Təqəvi, Cəfər Müəzzin və Tövhid (?) adlı dörd milli fəalın hər biri 10 milyon tümənlik (təxminən 10 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb. Onların ETTELAAT həbsxanasında psixi və fiziki işgəncələrə məruz qaldığı vurğulanır.

Məlumatda həmçinin bildirilir ki, ötən ay Əhər zindanından İranın Yəzd şəhərindəki həbsxanaya aparılan tanınmış fəal Abbas Lisani 15 günlük aclıq aksiyasına son qoyub. Lisani aclığı müxtəlif ölkələrdə fəaliyyət göstərən güneyli hüquq müdafiəçilərinin müraciətindən sonra dayandırıb.


«Media forum»

Əvvəlki məqalə: Dunya Azərbaycan Aydınları Birliyinin Mətbuat Xidməti bəyanat yayıb

Sonrakı məqalə: Aqil Xəlilin vəkili Elçin Sadıqov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi məhkəməyə verib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3292

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin