Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

EYNULLA FƏTULLAYEV ACLIĞI DAYANDIRDI

Mirzə Xəzər 07 Apr 2008

2008-04-07 – 16:03:00

12 saylı Cəzacəkmə Müəssisəsində saxlanan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb. Bu barədə məlumat «Media forum» saytına Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən verilib.

E.Fətullayev aclıq aksiyasına martın 26-dan başlamışdı.

Jurnalistin vəkili İsaxan Aşurov «Media forum»a açıqlamasında E.Fətullayevin aclığı dayandırdığını təsdiqləyib. İ.Aşurov bildirib ki, bu gün ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti həbsxanada E.Fətullayevlə görüşüb. Görüşdə İ.Aşurov da iştirak edib. Baş redaktor aclığı bu görüşdən sonra dayandırıb.

E.Fətullayev həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyirdi.

Martın 27-dən onun tələblərini dəstəkləmək məqsədilə «Yeni Müsavat» qəzetinin redaksiyasında bir qrup jurnalist aclıq aksiyasına başlayıb. Əvəzləmələrlə keçirilən, bir sıra jurnalist, siyasətçi və ictimaiyyət nümayəndələrinin qoşulduğu həmin aksiya hazırda davam etdirilir.

«Media forum

Əvvəlki məqalə: "Azadlıq" qəzeti: Analoqu olmayan yalanın sonu

Sonrakı məqalə: Dunya Azərbaycan Aydınları Birliyinin Mətbuat Xidməti bəyanat yayıb