DÜNYA AZƏRBAYCAN AYDINLARI BİRLİYİ HÖKUMƏTDƏN HƏBSDƏKİ JURNALİSTLƏRİN BURAXILMASINI TƏLƏB EDİR
2008-04-01 - 10:55:00
Xaricdə yaşayan azərbaycanlı ziyalıların yaratdığı Dünya Azərbaycan Aydınları Birliyi (DAAB) Təşəbbüs Qrupu Azərbaycan hökumətinə müraciət ünvanlayaraq həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını istəyib. Bu baradə «Media forum»a məlumat verən DAAB Təşəbbüs Qrupunun üzvü, Hollandiyada yaşayan soydaşımız Elman Mustafazadənin sözlərinə görə, müraciətdə hazırda həbsdə aclıq keçirən jurnalist Eynulla Fətullayev və ona dəstək verən həmkarlarının sağlıq durumundan narahatlıq vurğulanıb.
E.Mustafazadə bildirib ki, DAAB Təşəbbüs Qrupunun sədri İsveçrədə yaşayan keçmiş sovet diplomatı Valeh İbrahimovdur. DAAB-ın qurucuları arasında bir sıra tanınmış mühacir vardır.
«Media forum»
Əvvəlki məqalə: «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid saxlandığı 1 saylı Bayıl İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb
Sonrakı məqalə: Aclıq edən siyasi məhbuslar bütün hədə və təzyiqlərə rəğmən aksiyanı sona qədər davam etdirəcəklərini bildirirlər
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3284