Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva martın 31-də jurnalistlərin aclıq aksiyasına qoşulacaq

Mirzə Xəzər 30 Mar 2008

no comments

ARZU ABDULLAYEVA ACLIQ AKSİYASINA QOŞULUR
2008-03-30 - 20:25:00


Tanınmış hüquq müdafiəçisi, Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva martın 31-də jurnalistlərin aclıq aksiyasına qoşulacaq.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb. Ötən il bəzi ağır cinayətlərdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını tələb edir, beynəlxalq təşkilatların siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir. Martın 27-dən bir qrup jurnalist ona dəstək məqsədilə «Yeni Müsavat» qəzetinin redaksiyasında aclıq aksiyası keçirir.

Xatırladaq ki, bu gün Söz Azadlığını Müdafiə Komitəsinin işçi qrupu fövqəladə toplantı keçirib. Toplantıda «Gündəlik Azərbayjan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin başladığı və digər jurnalistlərin də dəstək verdiyi aclıq aksiyası ilə bağlı məsələ müzakirə edilib.

Aksiyanın zəncirvari şəkildə davam etdirməyin məqsədəuyğun olduğunu vurğulayan İşçi Qrupu üzvləri qərara alıblar ki, 3 gündən çox olmayaraq istənilən şəxs aksiyaya dəstək versin. Qərara alınıb ki, işi ilə əlaqədar olaraq aksiyanın keçirildiyi qərargaha gələ bilməyənlər öz iş yerlərində 1 günlük aclıq etməklə kampaniyaya dəstək versinlər. Bunun üçün aksiya iştirakçılarına xəbər vermək yetərlidir.


«Media forum»

Əvvəlki məqalə: Martın 30-da Ankarada güney azərbaycanlı fəal Abbas Lisaninin müdafiəsi məqsədilə aksiya keçirilib

Sonrakı məqalə: Press-Reliz: 12 gənclər təşkilatı birləşmək məsələsini müzakirə edir

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3280

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin