Press-Reliz: 12 gənclər təşkilatı birləşmək məsələsini müzakirə edir
Azərbaycan Demokratik Gənclər Hərəkatının mətbuat xidmətindən "Mirzə Xəzərin Səsi" internet qəzetinə göndərdiyi Press Relizlə tanış ola bilərsiniz.
Ölkədə fəaliyyət göstərən 12 Gənclər təşkilatı qarşıdan gələn
prezident seçkilərindəki proseslərdə gənclərin böyük bir güc
mərkəzi olaraq vahid şəkildə iştirakını təmin etmək, vahid ad altında
fəaliyyət göstərmək və ölkənin ictimai-siyasi həyatında yaxından
iştirak etmək, milli demokratik dəyərlərin inkişafına, vətəndaş
cəmiyyətinin gücləndirilməsinə nail olmaq və prezidentliyə layiq
namizədin dəstəklənməsini güclü şəkildə təşkil etmək məqsədilə
ölkədə fəaliyyət göstərən 12 gənclər təşkilatı birləşmək və
vahid şəkildə fəaliyyət göstərmək haqqında 16 mart 2008-ci il
tarixindən etibarən müzakirələrə başlanılıb. 12 təşkilatın vahid
şəkildə birləşəcəyi təşkilatın adı məlum olmasada prinsipləri və
qarşıdakı 2008-2009-cu illəri əhatə edən proqramı müəyyən edilib.
Müzakirələrdə <Dirəniş> Gənclər Birliyi (DGB), <Azad Azərbaycan>
Gənclər Birliyi (AAGB), <Qurtuluş> Gənclər Hərəkatı (QGH), <İslamç>ı
Gənclər Birliyi (İGB) <Difai> Gənclər Hərəkatı (DGH), Azərbaycan
Demokratik Gənclər Hərəkatı (ADGH), <Dirçəliş> Gənclər Hərəkatı (DGH), <Demokratik Azərbaycan> Hərəkatı (DAH), <Çırağ> Gənclər Mərkəzi (ÇGM), <Millətci> Gənclər Klubu (MGK), <Nur> Gənclər Hərəkatı (NGH) və <Demokratiya Uğrunda Gənclər> Birliyi (DUGB) iştirak edir. Müzakirələr yaxın həftələrdə yekunlaşacaq və çox güman ki, gənclərin yeni bir gücmərkəzinin yaradılmasıyla yekunlaşacaq. Gənclərin yeni bir gücmərkəzinin yaradılması uğurla davam edib baş tutarsa yaxın həftələrdə
bu güc mərkəzinin adı müəyyən edilərək saziş imzalanacaq, saziş imzalandıqdan 30 gün gec olmayaraq bu mərkəzin qurultayı keçiriləcək və bu mərkəzə bu qurultay vasitəsilə sədr seçiləcək. Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Demokratik Gənclər Hərəkatı (ADGH) tərəfindən ADGH sədri Ağasif Şakiroğlu çıxış edib. Qeyd edək ki, bu günkü toplantıda, birliyin informasiya dəstəyilə təmin edilməsi və mətbuata bu 12 gənclər təşkilatları adından çıxış etmək səlahiyyəti ADGH sədri Ağasif Şakiroğluna verilib.
Müzakirələrdə iştirak edən təşkilatların siyahısı:
1. <Dirəniş> Gənclər Birliyi (DGB)2. <Azad Azərbaycan> Gənclər Birliyi (AAGB)3. <Qurtuluş> Gənclər Hərəkatı (QGH)
4. <İslamç>ı Gənclər Birliyi (İGB)5. <Difai> Gənclər Hərəkatı (DGH)6. Azərbaycan Demokratik Gənclər Hərəkatı (ADGH)7. <Dirçəliş> Gənclər Hərəkatı (DGH),8. <Demokratik Azərbaycan> Hərəkatı (DAH)
9. <Çırağ> Gənclər Mərkəzi (ÇGM)10. <Millətci> Gənclər Klubu (MGK) 11. <Nur> Gənclər Hərəkatı (NGH)
12. <Demokratiya Uğrunda Gənclər> Birliyi (DUGB)
Əvvəlki məqalə: Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva martın 31-də jurnalistlərin aclıq aksiyasına qoşulacaq
Sonrakı məqalə: Mart qırğınlarının 90-cı ildönümü tamam oldu
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3281