Martın 30-da Ankarada güney azərbaycanlı fəal Abbas Lisaninin müdafiəsi məqsədilə aksiya keçirilib
TÜRKİYƏDƏ AZƏRBAYCANLI MƏHBUSU MÜDAFİƏ AKSİYASI KEÇİRİLİB
2008-03-30 - 20:47:00
Martın 30-da Ankarada güney azərbaycanlı fəal Abbas Lisaninin müdafiəsi məqsədilə aksiya keçirilib.
«Media forum» saytı «Savalanın səsi» saytına istinadla xəbər verir ki, aksiya Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin təşəbbüsü ilə BMT-nin Ankaradakı ofisi qarşısında baş tutub.
Ankarada təhsil alan güneyli tələbələrin də qatıldığı piketdə hazırda İranın Yəzd şəhərindəki zindanda saxlanan A.Lisaninin dərhal azadlığa buraxılması və ona beynəlxalq dəstək verilməsi tələb olunub.
Təxminən 40 nəfərin iştirak etdiyi aksiya iki saat davam edib.
2006-cı ildən Ərdəbil və Əhər zindanlarında saxlanan A.Lisani 2008-ci il martın 4-də İranın mərkəzində yerləşən Yəzd həbsxanasına köçürülüb.
A.Lisani İranda dövlətə qarşı təbliğat aparmaqda, asayişi pozmaqda və insanları buna təhrik etməkdə təqsirli bilinərək həbs olunub.
"Media Forum"
Əvvəlki məqalə: Bakıda bir qrup jurnalistin acliq aksiyası davam edir
Sonrakı məqalə: Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva martın 31-də jurnalistlərin aclıq aksiyasına qoşulacaq
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3279