Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Bakıda bir qrup jurnalistin acliq aksiyası davam edir

Mirzə Xəzər 29 Mar 2008

no comments

ACLIĞIN ÜÇÜNCÜ GÜNÜ
2008-03-29 - 11:53:00


Bir qrup jurnalistin «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədilə «Yeni Müsavat» qəzetinin redaksiyasında başlatdığı aclıq aksiyasının üçüncü günüdür. Hazırda «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, «Yeni Müsavat» qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı aksiyanı davam etdirirlər.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E.Fətullayev martın 26-dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Etiraz aksiyası keçirən jurnalistlərin səhhəti haqqında «Media forum» saytına məlumat verən Ş.Çobanoğlunun sözlərinə görə, hazırda hər üçünün vəziyyəti yaxşıdır: «Adətən aclığın ikinci gün baş ağrıları olur. Dünən baş ağrıları var idi, bu gün o da keçib. Özümüzü normal hiss edirik».


("Media Forum")

Əvvəlki məqalə: Eynulla Fətullayev aclıq aksiyasına başlayır

Sonrakı məqalə: Martın 30-da Ankarada güney azərbaycanlı fəal Abbas Lisaninin müdafiəsi məqsədilə aksiya keçirilib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3278

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin