Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Əfv fərmanı imzalandı, jurnalistlər həbsdə qaldı

Mirzə Xəzər 18 Mar 2008

no comments

JURNALİSTLƏR HƏBSDƏ QALDI
2008-03-18 - 18:54:00







Prezident İlham Əliyevin bu gün imzaladığı əfv fərmanı heç bir jurnalistə şamil olunmayıb. «Media forum» xatırladır ki, indi həbsdə 4 jurnalist var: «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, satirik yazar Sakit Zahidov (Mirzə Sakit), «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, «Bizim yol» qəzetinin yazarı Müşfiq Hüseynov.

Qənimət Zahid 1963-cü il fevralın 11-də Şamaxının Meysəri kəndində anadan olub. Ailəlidir. Dörd uşaq atasıdır. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub. Bu il martın 7-də 4 il iş alıb.

Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Ailəlidir. Beş uşaq atasıdır. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb.

Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Subaydır. 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay azadlıqdan məhrum edilmişdi. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinərək 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla 8 il 6 ay həbs cəzası alıb.

Müşfiq Hüseynov 1972-ci il fevralın 19-da Saatlıda anadan olub. Ailəlidir. İki uşaq atasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Rizvan Əliyevdən 3500 ABŞ dolları rüşvət almaqda ittiham edilərək 2007-ci il iyulun 24-də həbs olunub. 2008-ci ilin yanvarın 21-də 6 il iş alıb.


«Media forum»

Əvvəlki məqalə: Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin yeni bəyanatı

Sonrakı məqalə: Novruz bayramınız mübarək olsun!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3260

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin