Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Raqif RAUFOĞLU: ƏN BÖYÜK CƏZA

Mirzə Xəzər 17 Mar 2008

no comments

 

Ruha verilmiş ən böyük cəza,
Bədəndir.
Düşüncəyə verilmiş ən böyük cəza,
Şairlikdir.
Şairə verilmiş ən böyük cəza,
Biganə oxuculardır.
Millətə verilmiş ən böyük cəza,
Onu alverçi etməkdir.
Ağıla verilmiş ən böyük cəza,
Sevgidir.
Sevgiyə verilmiş ən böyük cəza,
Ehtirasdır.
Təbiətə verilmiş ən böyük cəza,
Insandir.
Insana verilmiş ən böyük cəza,
Məhdud yaddaşdır.
Cəmiyyətə verilmiş ən böyük cəza,
Dövlətdir.
Dövlətə verilmiş ən böyük cəza,
Manqurtlaşan gənclikdir.
Günahkara verilmiş ən böyük cəza,
Vicdandır.
Xarakterə verilmiş ən böyük cəza,
Məsuliyyətdir.
Yoxsula verilmiş ən böyük cəza,
Ümiddir.
Varlıya verilmiş ən böyük cəza,
Qorxudur.
Uşağa verilmiş ən böyük qorxu,
Cəzadır.
Cəzaya verilmiş ən böyük cəza,
Onu cəzasız buraxmaqdır.

Raqif RAUFOĞLU- 02.12.2007

__________________________________________________________________________________________________

İNANMA GÜNÜ – 31 MART

Inanma günü – 31 mart!
Bu gün Azərbaycanda
Hamı edə bilər zarafat,
Hamı düz danışa bilər.
Yalnız bu gün, camaat
Inamını bərpa edər.
Yalnız bu gün,
Alverçilər, həkimlər,
Sahibkarlar, hakimlər,
Vakant yerlərə işçi qəbul edənlər,
Hətta marketlər
Çalışmazlar.
Yalnız bu gün,
Sms yaz! Mesaj yolla!
Həyatını dəyiş deyən
Şou- biznes cibgirləri
Yarışmazlar.
Yalnız bu gün,
Vətən, millət,
Namus, qeyrət,
Savaş, Təbriz,
Xoy, Qarabağ
Deyən dillər
Danışmazlar.
Məmurlar insanların,
Dirilər ölülərin,
Böyüklər uşaqların
İşinə qarışmazlar
...........................
Təsadüfdən,
Azəri soyqırımı da
Elə bu günə düşər.
Bir apreldən yenə başlar,
Aldatma günü,
Cibəgirmə günü,
Hər şey yenə axarına,
Yenə öz yoluna düşər.
Inanma günü – 31 mart!
Olsa pis olmaz!

RAQİF RAUFOGLU

Əvvəlki məqalə: «AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏ VƏZİYYƏT» BARƏDƏ QƏTNAMƏ QƏBUL OLUNDU

Sonrakı məqalə: Elxan Şahinoğlu: AZƏRBAYCANI MÜDAFİƏ EDƏNLƏR AZALIR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3257

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin