Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏ VƏZİYYƏT» BARƏDƏ QƏTNAMƏ QƏBUL OLUNDU

Mirzə Xəzər 16 Mar 2008

no comments


2008-03-14 - 21:04:00


Martın 14-də BMT-nin Baş Məclisi geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» məsələsini müzakirə edib. Müzakirələrdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev çıxış edərək BMT-nin üzvü olan dövlətlərin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə danışıb, nümayəndə heyətlərini məsələ ilə bağlı Azərbaycanın müəllifi olduğu qətnamə layihəsini dəstəkləməyə çağırıb.


9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edir. O cümlədən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirir.


Müzakirələrdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Alexandro Vulf ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından çıxış edərək bildirib ki, Minsk qrupu ölkələri qətnamə layihəsinin əleyhinə səs verəcək. İslam Konfransı Təşkilatının mövqeyini ifadə edən Pakistan nümayəndəsi, GUAM dövlətləri adından danışan Ukrayna nümayəndəsi, habelə Türkiyə və Uqanda təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq layihəni dəstəkləməyə çağırıblar.

AzərTAc xəbər verir ki, müzakirələrin sonunda keçirilən səsvermə 39 lehinə, 7 əleyhinə, 100 bitərəf səslə nəticələnib. Beləliklə, BMT-nin Baş Məclisi «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» barədə qətnaməni qəbul edib.


("Media Forum")

Əvvəlki məqalə: Qan Turalı: ANS efirində urapatriotizm sədaları

Sonrakı məqalə: Raqif RAUFOĞLU: ƏN BÖYÜK CƏZA

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3255

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin