Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil martın 13-ü saat 20 radələrində Bakıda bıçaqlanıb

Mirzə Xəzər 13 Mar 2008

no comments

«AZADLIQ» QƏZETİNİN ƏMƏKDAŞINI BIÇAQLAYIBLAR
2008-03-13 - 20:54:00

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil martın 13-ü saat 20 radələrində Bakıda bıçaqlanıb. Bu barədə «Media forum» saytına məlumat verən «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bildirib ki, A.Xəlil işdən - redaksiyanın yerləşdiyi «Azərbaycan» nəşriyyatından çıxıb evə gedəndə Bakı Apellyasiya Məhkəməsinin binasına çatmamış qarşıdan iki nəfərin ona sarı gəldiyini görüb. Həmin iki nəfərin fevralın 22-də 6-cı mikrorayondakı Zeytun bağında baş verən hadisədən sonra A.Xəlili izlədiyini və bu səbəbdən jurnalistin onları görəndə geri dönüb qaçmaq istədiyini bildirən A.Əhmədovun sözlərinə görə, sən demə, arxadan da iki nəfər gəlirmiş. Arxadan gələn həmin iki nəfər A.Xəlilin yolunu kəsib və onlardan biri jurnalistin döş qəfəsindən bıçaqla vurub.

A.Xəlil hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun döş qəfəsinin rentgeni çıxarılır. Xəsarətlə bağlı ilkin tibbi rəy hələ bəlli deyil.

A.Əhmədov artıq Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşlarını da Kliniki Tibbi Mərkəzə gəldiyini deyir.

Bu il fevralın 22-si saat 17 radələrində Bakıdakı 6-cı mikrorayon ərazisindəki Zeytun bağında A.Xəlil bir qrup şəxsin hücumuna məruz qalmışdı. Həmin vaxt ağac kəsən şəxslərin şəklini çəkməyə cəhd edən jurnalistin barmağımı sındırmışdılar. Jurnalist onu döyənlərin iki nəfər olduğunu bildirmişdi.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin yazarı Mirzə Sakit hazırda həbsdədirlər.


«Media forum»

Əvvəlki məqalə: Letter to the Editor/Opinion: Kosovo Brief

Sonrakı məqalə: «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil hazırda reanimasiya şöbəsindədir

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3251

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin