«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil hazırda reanimasiya şöbəsindədir
JURNALİST REANİMASİYADADIR. POLİS HADİSƏ YERİNƏ BAXIŞ KEÇİRİR
2008-03-13 - 22:49:00
Bu gün bıçaq zərbəsi ilə Kliniki Tibbi Mərkəzə gətirilən «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil hazırda reanimasiya şöbəsindədir.
İlkin məlumatlara görə, onun ürək nahiyəsindən, bədənin üstündən tikiş qoyulub. Bıçaq zərbəsinin ürəyin özünü zədələmədiyi və jurnalistin həyatına təhlükə yaratmadığı bildirilir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstiutunun rəhbəri Emin Hüseynlinin «Media forum» saytına dediyinə görə, hazırda Yasamal rayon polisləri, «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov və daha bir neçə media nümayəndəsi A.Xəlilinin bıçaqlandığı ərazidədirlər. Onlar hadisə yerinə baxış keçirirlər.
A.Xəlil saat 20 radələrində işdən çıxıb evə gedəndə Bakı Apellyasiya Məhkəməsinin binası yaxınlığında hücuma məruz qalıb. Xəsarət alan jurnalist özünü yaxınlıqdakı polis bölməsinə catdırıb və oradan Kliniki Tibbi Mərkəzə gətirilib.
A.Xəlil ötən ayın 22-də də hücuma məruz qalmışdı. Həmin vaxt Bakının 6-cı mikrorayon ərazisindəki Zeytun bağında ağac kəsən şəxslərin şəklini çəkməyə cəhd göstərən jurnalistin barmağını sındırmışdılar.
"Media Forum"
Əvvəlki məqalə: «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil martın 13-ü saat 20 radələrində Bakıda bıçaqlanıb
Sonrakı məqalə: DİPLOMATİK MİSSİYALARIN NÜMAYƏNDƏLƏRİ YARALI JURNALİSTƏ BAŞ ÇƏKİB
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3252