Rövşən Hacıbəyli : Yalan yarışı
Ana səhifə
Gündəm
Siyasət
Dünya
Cəmiyyət
Əyalət
Araşdırma
Maqazin
Hadisə
Kriminal
İdman
Bizə yazın
Müəlliflər
Xaliq Bahadır
Amerika aldada-aldada gedir...
Şahvələd Çobanoğlu
Banan nəzəriyyəsi
Fikrət Hüseynli
Canavarlar yuvadan çıxıb
Rövşən Hacıbəyli
Yalan yarışı
Pərviz
Zibil Emalı Zavodu
Qan Turalı
Qonşu mətbəxində qeybət
Murad Köhnəqala
Qarğıdalı tellənəndə
Seymur Həziyev
Qutlu azadlıq
Elçin Səlcuq
Cem Qaraca - möhtəşəm ustad
Surxay Hüseynli
Nə diri kimi diri, nə ölü kimi
Anar Niftəliyev
Müti qulların lideri olmur
Nihad
Ölkədə nə qədər işsiz var?
Orxan Səlim
Taksi soyğunçuları
Ramin DEKO
NAĞIL
Mahal ismayıloğlu
Səhərlə axşam arası
Aydın Şıxəliyev
Yenilən Ermənistan demokratiyası
Aydın Canıyev
Sənətdə siyasət, siyasətdə sənət
Kənan Hacı
Atəşkəs dövrünün itkiləri
Nabatəli Qulamoğlu
Yeni Azərbaycan və neososializm
Regionların iqtisadi inkişafı proqramı tam gücüylə işləyir. Sənədlərdə hesabatlar vaxtlı vaxtında, bəzən vaxtından qabaq verilir. Elə bunun nəticəsidir ki, 5 ilə nəzərdə tutulan 600 min yeni iş yeri açılması məsələsi vaxtından bir il qabaq, artıqlamasıyla yerinə yetirilib... Rəsmi qəzetlər və telekanallar hər gün bu barədə informasiya yayır. Fərqinə varan yoxdur ki, buna inanan var, yoxsa yox. Bizim kənd rayonun ən ucqar kəndlərindəndir. Kəndimizdə məktəb adına tövləni xatırladan bir tikili var. Daha burada hansısa
sistemdən (qızdırıcı, yaxud soyuducu) danışmağa dəyməz. Bu məktəbdə dərs adına nə keçildiyi də bilinmir. Bunun nəticəsidir ki, məktəbə gedəsi uşaqların heç yarısı da təhsil ocağına ayaq basmır. Heç müəllimləri də burada düz-əməlli, vaxtlı-vaxtında görən olmur. Valideynlər də hər şeyə biganədir. Valideyn deyəndə ki, ailələrdə həmişə bu sarıdan çatışmazlıq olur; ya ata, ya da ana harasa uzaqlara pul qazanmağa gedir. Son illərin statistikası bunu göstərir. “Regionların sosial-iqtisadi inkişafı” sayəsində kəndimizdə
adamların sayı sürətlə azalır, adamları kəndimizin əlindən təkcə ölüm almır, həm də şəhər alır. Son illər cavan oğlan və qızların əksəriyyəti Bakıda məskunlaşıb. Çalışdıqları sahələr də müxtəlifdir. Vaxtilə qonşu kəndə belə qız ərə verməyə çətinlik çəkənlər bu gün heç bir komplekssiz-filansız qızını tək-tənha şəhərə iş dalınca göndərir. Cavan oğlanlar ana-bacısını kənddə tək qoyub çörəkpulu arzusuyla yaxın-uzaq xaricə üz tutur. Ailələr başsız və başçısız qalıb. Uşaqları sadəcə məktəbə göndərən yoxdur, heç müəllimlər
də uşaqların məktəbə gəlməsində maraqlı deyil, onsuz da maaşlarını alırlar. Bu yaxınlarda eşitmişəm ki, məktəbimizə kompüter verilib. Bu da “regionların iqtisadi inkişafı” proqramının tərkib hissəsidir. Kəndimizdə işıq ən yaxşı halda gecələr yanır, bir neçə saatlığa. Hərdənbir gündüzlər işıq verilsə də, tez-tez söndürülən bu elektrik enerjisiylə çətin ki, kompüter işlətmək mümkün olsun. Bu işıq sistemi (adamları azara salan sistem) ölkənin demək olar bütün kəndlərini əhatə edir. Təhsil naziri Misir Mərdanov da
deyir ki, bütün məktəblər kompüterlə təmin olunacaq. Sadəlövh bir sual verim: Görəsən bu kompüterləşdirmədə məqsəd nədir? Qazı, suyu, işığı, telefonu olmayan kəndlərin kompüterləşdirilməsi bizə nə verəcək? Bu qədər yalanlar nəyə gərəkdir? Qabaqlar rəsmilər dedikləri yalanın inandırıcı olması üçün nəsə edirdi, indi buna heç cəhd göstərən də yoxdur. Elə bir ucdan üfürürlər. Ayıbdır, vallah ayıbdır... Ötən ilin sonlarında Ağdama səfər edən prezident ölkədə bütün regionlara qaz xəttinin çəkildiyini dedi. Guya bütün
ölkə mavi yanacaqla təmin edilib. Axşamlar işıq yananda odun sobasına söykənib prezidentin belə çıxışlarını telekanallarda izləyən sadə vətəndaşın ürəyindən görəsən hansı sözlər keçir? Sual verməyimə baxmayın; bilirəm, sadəcə həmin sözləri qəzetə çıxarmağa çətinlik çəkirəm. “Yeni Azərbaycan” qəzetinin - YAP-ın orqanının redaktoru yazmadıqları sözə görə işdən çıxarılıb, yəni cəzalandırılıb. Adam görəsən yazsaydı hansı təzyiqlərlə üzləşərdi? Ən yaxşı halda yəqin klaviaturasını sındırardılar... Prezident aparatı
işçilərinin diqqətinə çatdırıram ki, bizim kənddə qaz sonuncu dəfə sovetin vaxtında olub. Hesabat, yaxud çıxış hazırlayanda bunu nəzərə almalarını xahiş edərdim...
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Içərişəhərin məhvi davam etdirilir
Sonrakı məqalə: QƏNİMƏT ZAHİDƏ 4 İL, VÜSAL HƏSƏNOVA 1 İL 6 AY İŞ VERİLDİ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3238