Içərişəhərin məhvi davam etdirilir
Ictimaiyyətin ciddi etirazlarına və səlahiyyətli qurumlara çoxsaylı müraciətlərə baxmayaraq, Içərişəhər qoruğunun dağıdılması davam edir və buranın abidələrdən “təmizlənmiş” ərazisi davamlı şəkildə genişlənir. Bu xəbər “Turan”a “Tarix, Mədəni və Təbii Irsi Qoruma” ictimai komitəsindən daxil olub. Xəbərdə unikal Içərişəhər qoruğunun dağıdılması “hansısa məkrli və xain niyyətlərin icraçılarının işi” adlandırılır. Mənbə Azneft meydanına çıxan, hal-hazırda yerlə-yeksan edilən Içərişəhərdə növbəti bina - Maqomayev
küçəsi 27-də yerləşən (tikilmə tarixi 1850-ci il, qoruma inventar nömrəsi 203) binanın fevralın 26-28-də söküldüyünü diqqətə çatdırır. Qaynaq hələlik şayiə şəklində də olsa, Içərişəhərdə yeni-yeni binaların sökülməsilə bağlı planların cızıldığını diqqətə çatdırır. Xəbərdə deyilir ki, dağıdılan ərazilərdə ciddi mühafizə tədbirləri həyata keçirilir, foto və videoçəkilişlərə icazə verilmir, vətəndaşlara təzyiq göstərilir. Mənbə həmçinin keçmiş “Qubernator” bağının hasara alındığını, bir qisim ağacların kəsildiyini
və növbəti rekonstruksiya işlərini əli avtomatlı hərbiçilərin qoruduğunu qeyd edir. Bütün cəhdlərə baxmayaraq, baş verənlərin səbəblərini dəqiqləşdirmək mümkün olmur.
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Yaşar Ağazadə: «Bayılda birinci gün bizi elə bir otağa saldılar ki, dəhşətə gəldim»
Sonrakı məqalə: Rövşən Hacıbəyli : Yalan yarışı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3237