SƏİD MƏTİNPUR və DİGƏR İKİ TANINMIŞ MİLLİ FƏAL AZADLIĞA BURAXILIB
2008-02-28 – 13:04:00
Fevralın 27-də aylardan bəri Tehranın Evin həbsxanasında saxlanan üç məşhur Güney Azərbaycan milli fəalı – Səid Mətinpur, Cəlil Qənilu, Əlirza Mətinpur ağır mülk girovu müqabilində azadlığa buraxılıb. «Media forum» saytı güney mənbələrinə istinadla xəbər verir ki, S.Mətinpur 500 milyon tümən (1000 tümən – 1 dollar), C.Qənilu 80 milyon tümən, Ə.Mətinpur 100 milyon tümən həcmində mülk girovu qoyublar.
Məlumatda bildirilir ki, məhbusları qarşılamağa gələn milli fəalların coşğusuna yol verməmək üçün onları əsas qapıdan yox, gizli bir qapıdan çıxararaq şəhər küçələrinin birində maşından düşürüblər.
Ötən ilin iyun və avqust aylarında ETTELAAT-ın Zəncanda həbs etdiyi milli fəalların heç birinə indiyədək vəkilləri ilə görüş icazəsi verilməmişdi.
«Media forum»
Əvvəlki məqalə: Elman Mustafazadə: Hollandiyada açilan Azərbaycan məktəbi cəmi iki ay fəaliyyət göstərə bilib
Sonrakı məqalə: Həsən Quliyev vəfat etdi