Həsən Quliyev vəfat etdi
Həsən Hüseyn oğlu Quliyev 1941-ci il avqustun 1-də Tovuz rayonunda anadan olub.1958-ci ldə İsmayıllı
rayon İvanovka kənd orta məktəbini, 1964-cü ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1967-70-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasında təhsil alıb.1971-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə edib.Bundan sonra o, Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi mütəxəssis, şöbə müdiri vəzifələrində çalışıb, müəyyən müddət ərzində institutun direktoru səlahiyyətlərini yerinə yetirib.1987-ci ildə fəlsəfə üzrə
doktorluq dissertasiyası müdafiə edib. Fəlsəfi dərketmənin problemləri, etnopsixologiya və Azərbaycan xalqının mentaliteti üzrə 10-a qədər monoqrafiyanın, elmin müxtəlif sahələrinə dair yüzlərlə məqalənin müəllifidir.1992-93-cü illərdə Prezident Aparatında analitik xidmətin rəhbəri olub.Son 15 ildə professor Həsən Quliyev «Turan» İnformasiya Agentliyinin analitik xidmətinə rəhbərlik edib, eyni zamanda fəal müəllimlik və ictimai-siyasi fəaliyyətlə məşğul olub.2008-ci il fevralın 24-də dünyasını dəyişib.
Allah rəhmət eləsin!
"Mirzə Xəzərin Səsi" qəzeti
P.S. Həsən Quliyevin həyat yolu barədə məlumat "Media Forum" saytından götürülüb
Əvvəlki məqalə: SƏİD MƏTİNPUR və DİGƏR İKİ TANINMIŞ MİLLİ FƏAL AZADLIĞA BURAXILIB
Sonrakı məqalə: Xaliq Bahadır: Özünü satanlarla dövləti satanlar
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3233