Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycan Demokratik Gənclər Hərəkatı M.Ə. Rəsulzadənin ad günü teşkil etdiyi tədbirlər haqqında press reliz yayıb

Mirzə Xəzər 01 Fev 2008

Press-reliz

Azərbaycan Demokratik Gənclər Hərəkatı (ADGH) 31 yanvar 2008-ci il tarixində şəhərin müxtəlif küçələrində Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin 124-cü doğum gününü qeyd edib. Şəhərin mərkəzi küçələrində bu bayram mərasimi saat 13-00-dan start verilib. Tədbir zamanı əhaliyə və xüsusilədə gənclərə Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin əksi olan təqvimlər və braşuralar paylanılıb. Bayram tədbirlər şəhərin bütün mərkəzi küçələrində qeyd edilib. Azərbaycan Demokratik Genclər Hərəkatı (ADGH) həmçinin sonda 28 may metro stansiyasının daxilndə Ulu Öndər Məhəmməd Əmin Rəsulzadəni anaraq və metroda olan Resulzadenin eskizini gül dəstələrilə bəzəyərək bitmiş elan edib.

Qeyd edek ki, tedbir bitdikdən sonra Azərbaycan Demokratik Gənclər Hərəkatının (ADGH) fəalları 28 may metrosundan tedbiri bitirərək çıxdıqda 28 may metrosunun önündə olan Post Patrol Xidmetinin (PPX) əməkdaşları Hərəkat fəallarına xüsusilədə ADGH sədri Ağasif Şakiroğluna PPX əməkdaşları “bu qanunsuz əməllərinizə görə cavab vereceksiniz” deyərək ADGH fəallarını və ADGH sədrini əxlaqsız sözlərlə təhqir etməyə başlayıblar və həps etməklə hədələyiblər. Təhqir olunan ADGH sədri Ağasif Şakiroğlu bu təhqirlərə cavab verməyərək fəal gənclərlə hadisə yerini tərk ediblər. ADGH sədri Ağasif Şakiroğlu bu hadisəni Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının təxribatı kimi qiymətləndirib və bildirib ki, “Qanunsuzluqla məşğul olan DİN əməkdaşları bizim bu aksiyada hər hansı qanun pozuntusunun olmadığını görərək, gəncləri həps etməkdən ötrü gənclərin heysiyyatına toxunan və təhqir etməklə gəncləri təxribata çəkərək həpsinə nail olmaq istəyiblər. Lakin deyərdim ki, fəal gəncləri DİN əməkdaşlarının Qənimət Zahidi şərlədikləri kimi bizidə şərləmək yolu ilə həps etmək cəhdləri uğursuzluğla nəticələnib. Biz bu xoşa gəlməz hadisənin timsalında Daxili İşlər Naziri Ramil Usubovdan polislərinin qanunsuz əməllərinə son qoymağa və polislərinə sahib çıxmağa çağırırıq!” Qeyd edək ki, DİN əməkdaşları hətta Ulu Öndər M.Ə.Rəsulzadəni bele tehqir etməkdən çəkinməyiblər

Hörmətlə: Azerbaycan Demokratik Gencler Herekatinin metbuat xidmeti 02.02.2008-ci il

Əvvəlki məqalə: Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rayts Votç» həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb etməyə çağırır

Sonrakı məqalə: Mehriban Vəzir: “Məhəmməd Əmini danmaq göydə Günəşi danmağa bənzəyir”