Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

AZƏRBAYCANLI MƏHBUS LEYLA HEYDƏRİNİN AZADLIĞA BURAXILMASI ÜÇÜN 900-dən ÇOX İCTİMAİ və SİYASİ FƏAL BƏYANAT İMZALAYIB

Mirzə Xəzər 30 Yan 2008

2008-01-30 – 20:16:00

«Media forum» saytı xəbər verir ki, İranın 900-dən çox ictimai və siyasi fəalı birgə bəyanat imzalayaraq hazırda Tehranın Evin həbsxanasının 209-cu korpusunda saxlanan azərbaycanlı məhbus Leyla Heydərinin dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatın hazırlanmasında İrandakı azərbaycanlı fəal xanımların böyük rolu olduğu bildirilir.

L.Heydəri 5 ay əvvəl həbsdə saxlanan həyat yoldaşı, azərbaycanlı siyasi məhbus Behruz Səfərinin görüşünə gedərkən tutulub.

Qeyri-rəsmi informasiyalara görə, o, həbsxanada ağır psixi işgəncələr və təzyiqlər altında saxlanır, ardıcıl və yorucu dindirmələr zamanı dəfələrlə huşunu itirərək bayılıb. L.Heydərinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir.

«Media forum»un məlumatına görə, bəyanatda L.Heydəri ilə yanaşı başqa milli və siyasi məhbusların da azadlığa buraxılması tələbi qoyulur.

«Media forum»

Əvvəlki məqalə: Salam, Mirzə qardaşım

Sonrakı məqalə: MƏMMƏDƏMİN RƏSULZADƏNİN AD GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN AKSİYADA 14 GƏNC TUTULUB