Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İranda yaşayan 287 nəfər azərbaycanlı ziyalı parlamentin deputatlarına açıq məktubla müraciət edib

Mirzə Xəzər 25 Yan 2008

287 NƏFƏR AZƏRBAYCANLI ZİYALI İRAN PARLAMENTİNƏ AÇIQ MƏKTUBLA MÜRACİƏT EDİB 2008-01-25 – 20:30:00

İranda yaşayan 287 nəfər azərbaycanlı ziyalı ölkədə Azərbaycan dilinə rəsmi status verilməsi tələbi ilə parlamentin deputatlarına açıq məktubla müraciət edib. Onlar ölkənin hazırkı həssas vəziyyətinə toxunararq bildiriblər ki, artıq bu problemi həll etməyin vaxtı çatıb.

«Media forum» saytının məlumatına görə, azərbaycanlı ziyalıların məktubunda deyilir: «Bildiyiniz kimi, cəmiyyətimiz bir çox problemlərdən, o cümlədən milli məsələnin öz həllini tapmamasından əziyyət çəkir. İnsanlar hüquqlarının gerçəkləşməsini istəyir, buna təkid edirlər. Bu günə qədər azərbaycanlı müəllimlər, tələbələr, jurnalistlər, şair və yazıçılar və cəmiyyətimizin digər zümrələrindən olan ziyalılar Azərbaycan dilinin ölkədə rəsmiləşdirilməsi üçün hökumət orqanlarına və nümayəndələrinə yüzlərlə açıq məktub, qətnamə ilə müraciət ediblər. 2006-cı ildə may-iyun aksiyalarına qatılan milyonlarla azərbaycanlı da hüquqların tanınmasına təkid edirdilər. Şübhəsiz ki, bu hüquqların gerçəkləşməsi cəmiyyətdə ictimai birliyin möhkəmləndirilməsi ilə yanaşı daxili ixtilafların şiddətlənməsinin də qarşısını alacaq».

Müraciətin sonunda deyilir: «Hörmətli millət vəkilləri! Biz, bu məktubu imzalayan Azərbaycan ziyalılarının bir hissəsi ölkənin belə həssas məqamında öz milli və mənəvi vəzifəmizi başa düşüb bu məsələnin həllinə təşəbbüs göstərməyinizi istəyirik».

«Media forum»

Əvvəlki məqalə: "Tolışi Sədo" qəzetinin baş redaktoru istintaqın iddialarını rədd edir

Sonrakı məqalə: MİRZƏ SAKİT ACLIQ AKSİYASINI DAVAM ETDİRİR