Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Müşfig Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edildi

Mirzə Xəzər 21 Yan 2008

MÜŞFİQ HÜSEYNOV ÖZÜNÜ TƏQSİRLİ SAYMIR 2008-01-21 – 13:16:00

Bu gün 6 il müddətinə azadlıqdan məhrum edilən «Bizim yol» qəzetinin yazarı Müşfiq Hüseynov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hökmdən əvvəl son sözlə çıxış edərkən ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini və özünü təqsirli saymadığını deyib.

«Media forum» saytının məlumatına görə, jurnalist rüşvət almağa təhrik olunduğunu vurğulayıb. O, televiziyada istintaqın əhaliyə təqdim etdiyi lent yazısının montaj olunduğunu bildirib. M.Hüseynov qeyd edib ki, o, pulu cibinə qoymayıbmış, lent yazısında isə pulların onun cibindən töküldüyü təəssüratı yaradılıb və bu, jurnalistin dediyinə görə, montajdır.

M.Hüseynov hakimin ona bəraət verməyəcəyi halda hüquqlarının bərpası üçün Avropa Məhkəməsinədək mübarizə aparacağını söyləyib.

«Media forum»

Əvvəlki məqalə: 20 yanvar faciəsinin qurbanlarına Allah rəhmət eləsin!

Sonrakı məqalə: "Tolışi Sədo" qəzetinin baş redaktoru istintaqın iddialarını rədd edir