Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ƏLİ İNSANOVUN ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Mirzə Xəzər 16 Yan 2008

11 İL AZADLIQDAN MƏHRUMETMƏ CƏZASI QÜVVƏDƏ QALDI 2008-01-16 – 12:09:00

Bu gün Ali Məhkəmə keçmiş səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxıb. Hakim Vidadi Həşimov birinci məhkəmə instansiyası və apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bakı Apellyasiya Məhkəməsi 2007-c il sentyabrın 21-də Əli İnsanov barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı 11 illik həbs cəzasını dəyişdirməmişdi.

Sabiq səhiyyə naziri 2005-ci il parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə bilinib.

«Media forum»

Əvvəlki məqalə: EYNULLA FƏTULLAYEV HAQDA HÖKM DƏYİŞMƏDİ

Sonrakı məqalə: «FREEDOM HOUSE»: AZƏRBAYCAN AZAD OLMAYAN ÖLKƏLƏR SIRASINDADIR