Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Qobustan qapalı həbsxanasında aclıq davam edir

Mirzə Xəzər 15 Yan 2008

ACLIQ EDƏN MƏHBUSLARDAN ÜÇÜ AKSİYANI DAYANDIRIB 2008-01-15 – 16:39:00

Qobustan qapalı həbsxanasında aclıq edən məhbuslardan 3 nəfəri aksiyasını dayandırıb. Bu barədə məlumat «Media forum» saytına Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimai Əlaqələr Mərkəzindən verilib.

Məlumata görə, hazırda bir məhbus – Şakir Rzaxanov aclığı davam etdirir. Penitensiar Xidmətinin İctimai Əlaqələr Mərkəzi onun da günün sonuna qədər aksiyanı dayandıracağının gözləndiyini bildirir: «Onların budəfəki tələbləri qeyri-müəyyəndir. Dəfələrlə onlar belə aksiyalar keçiriblər və tələbləri ömürlük həbs cəzasının müddətli həbs cəzası ilə əvəz edilməsi olub. Lakin indiki halda bu məsələ hüquqi müstəvidə həll edilib. Məhbusların müraciətinə cavab olaraq Avropa Məhkəməsi onlar barəsində çıxarılan hökmün qanuni olduğu barədə rəy verib».

Qeyd edək ki, sonuncu aclıq aksiyası maye və siqaretdən imtina etmədən aparılıb.

«Media forum»

Əvvəlki məqalə: E.Mustafazadə: Bu səs heç zaman susmaz...

Sonrakı məqalə: PROKUROR EYNULLA FƏTULLAYEV HAQDA HÖKMÜN QÜVVƏDƏ SAXLANMASINI İSTƏYİB