Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

GÜNEYLİ FƏALLAR ONLARA EVİN HƏBSXANASINDA İŞGƏNCƏ VERİLDİYİNİ DEYİBLƏR

Mirzə Xəzər 09 Yan 2008

2008-01-09 – 19:32:00

«Media forum» saytı Güneydəki mənbələrə istinadla bildirir ki, Evin zindanının 209-cu korpusunda saxlanan beş azərbaycanlı fəal – Səid Mətinpur, Əlirza Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri və onun həyat yoldaşı Leyla Heydərinin acınacaqlı vəziyyəti, onlara qarşı psixi və fiziki təzyiqlər məhbus ailələrinin, o cümlədən hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

Məhbus fəallar öz ailələri ilə görüşdə bildiriblər ki, ETTELAAT əməkdaşları sutka ərzində onları dindirir, yatmağa qoymur və onların digər ailə üzvlərini də tutucaqlarını deyirlər.

Məhbuslar bildiriblər ki, müstəntiqlər və digər həbsxana işçiləri onları müxtəlif bəhanələrlə kabel və yumruqla göyür, şallaqlayır, təhqir edirlər.

Xəbərdə məhbusların bəzən işgəncələr altında bihuş olduğu və xəstəxanaya aparıldığı da bildirilir.

«Media forum»

Əvvəlki məqalə: ERMƏNİ ƏSİRLİYİNDƏN QAYIDANDAN SONRA 11 İL İŞ ALMIŞ VÜSAL QARACAYEVLƏ GƏNCƏ TƏCDİRDXANASINDA SÖHBƏT

Sonrakı məqalə: E.Mustafazadə: Bu səs heç zaman susmaz...