Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ACLIQ AKSİYASINA BAŞLAYAN ÖMÜRLÜK MƏHBUSLAR ALİ MƏHKƏMƏNİN SƏDRİYLƏ GÖRÜŞMƏK TƏLƏBİ İRƏLİ SÜRÜBLƏR

Mirzə Xəzər 12 Sen 2007

2007-09-12 – 19:09:00

Qobustan həbsxanasında ömürlük cəza çəkən məhbuslar Şakir Rzaxanov, Aydın Rzayev, Çingiz Paşayev, Yalçın Rzayev və Rauf Eyvazov aclıq aksiyasına başlayaraq Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmək tələbi irəli sürüblər. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov məhbusların aclıq aksiyası keçirmək xəbərini təsdiqləyib. Onun sözlərinə görə, aclığa başlayan beş məhbus bu gün Ədliyyə Nazirliyinə aksiya barədə ərizə ilə müraciət edib.

M.Sadıqov bildirib ki, məhbusların əsas tələbi ömürlük həbs cəzalarının müddətli həbslə əvəz edilməsi, hazırda Azərbaycanda səfərdə olan Avropa Birliyi ölkələri parlamentarlarıyla görüşməkdir.

Mətbuat xidmətinin rəhbəri deyib ki, Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin ötən həftə Qobustan həbsxanasında ömürlük məhbuslarla görüşüb-görüşmədiyi barədə məlumatı yoxdur: «Yalnız onu bilirəm ki, həm ombudsman Elmira Süleymanova, həm Penitensiar Xidmətin yüksək rütbəli əməkdaşları Tomas Hammarbeqlə birgə həbsxanada olublar və avropalı qonaq bir neçə məhbusla görüşüb. Həbsxana rəisinin elə bir səlahiyyəti yoxdur ki, hansısa məhbusa ekspertlərlə görüşməyə mane olsun».

Həbsxana rəisinin ömürlük məhbusların T.Hammarberqlə görüşünə mane olması haqqında məlumatı «Trend» agentliyi məhbusların qohumlarına istinadən xəbər verib.

Xatırladaq ki, 1998-ci ildə ölüm hökmünün ləğvi nəticəsində ömürlük məhbusa çevrilmiş dustaqlar dəfələrlə Qobustan həbsxanasında aclıq aksiyası keçiriblər. Onlar cəzalarının 15 illik azadlıqdan məhrumetmə ilə əvəzlənməsini tələb edirlər.

«Media forum»

Avropa Insan Haqqlari Mudafiesi Teskilati Azerbaycan heqiqetlerini dunyaya catdirir

Mirzə Xəzər 10 Sen 2007

Teskilatin Qavqaz bolmesinin tesebbusu ile yenice cap edilmis ” Azerbaycanda Demokratiyanin berqerar olmasini arzi edirik, Qarabagin isgalcilardan azad edilmesini, qacqinlarin oz dogma torpaqlarina qayitmasini isteyirik” basliqli, icerisinde Qarabag heqiqetlerini, Azerbaycanda dinc kutlevi aksiya istirakcilarinin polis zorakiligina meruz qaldigini ozunde eks etdiren foto sekillerle cap edilmis burosur, Avropa ictimaietinin diqqetine catdirilir.

9 sentyabir tarixinde, Almaniyanin Barnstrof seherinde kecirilen “flomarket” eylenceli gun, bayram tedbirine qatilan insanlar, AIHMT inin Azerbaycan heqiqetleri ile bagli yaydiqlari brosurlarla yaxindan tanis olublar. Teskilat Basqani Rehmi Tuncer, Basqan yardimcisi Intiqam Memmedov Alman vetendaslarini maraqlandiran bir sira suallara cavab vermis, Azerbaycandan dunyanin muxtelif olkelerine siginacaq almaq ucun penah apardiqlarini, Azerbaycan insaninin heqiqetende boyuk siyasi ve sosiyal problemleri oldugunu bildirmisler.

Teskilatin Qavqaz temsilcisi Intiqam Memmedovla sohbetimiz zamani melum oldu ki, Bu burosurlar hazirda Hollandiya, Isvecre, Avstrya, Fransa, Isvec ve s. olkelere “dagidilib”. “Hazirda bu senedin dunya ictimaietinin diqqetine catdirilmasi ucun, hazirda Insan Haqqlari Komissiyasinin rehberi oldugum Demokratik Dunya Azerbaycanlilari Konqresi, Dunya Azerbaycanlilari Muhacirleri Ittifaqi, Isvec Azerbaycanlilari Birliyi ve uzvu oldugum MUSAVAT Partiyasinin hazirda Avropanin muxtelif olkelerinde yasayan uzvuleri, yaxin dostlarimiz boyuk emek serf edirler!”.

Xatirladaq ki, adi cekilen qurum rehberliyinde temsil olunan Intiqam Memmedov 98 ci ilden Almaniyada yasayir, ve bu tipli “tedbirleriyle” coxlarindan secilir.

Mensur Cesuroglu

Isvec Azerbaycanlilari Birliyi Basqani

Avropa İnsan Hüquqları Müdafiə Təşkilatı Almaniyada tədbir keçirib

Mirzə Xəzər 07 Sen 2007

Avropa Insan Hüquqlari Mudafiə təşkilatı olaraq, bir necə gün bundan oncə, Azərbaycanın siyasi problemləri ilə əlaqədar Almaniyanin Barnstorf şəhərində, toplantı təşkil etdik. Dəvət olunanlar arasında media və ictimai siyasi təşkilatların nümayəndələri də toplantıda iştirak etmişdir. Sentyabr ayınin 21-dən başalayaraq, bu ilin axırı və gələn ilin iyun ayının axırınadək Almaniyanın bir sıra şərlərində (kecən illərdə oldugu kimi) işqal olunmuş ərazilərimiz haqqda, eləcədə insan hüqüqlarının pozulmasına dair silsiləli tədbirlər və sərgilər kecirməyi planlaşdırmışıq. Diepholz səhər icra hakimiyyətinin bizə təyin etdiyi 100 saatlıq tədbirlərimizdən başqa, bir sıra şəhərlerin bələdiyyə idarələrindən də, sərgilərin və tədbirlərin kecirilməsi ücün dəvətlər almışıq, və tədbirlər haqqında sizlərin saytına mütamadi məlumatlar verməyi özümüzdə borc hesab etdik. Ermənistan Respublikası tərəfindən ishqal olunmush Daglıq Qarabagın və sərhəd bolgələrinin bu gunə qədər azad olunmadıgı, eləcədə atəşkəsin indi də davam etməsini nəzərə alaraq Alman ictimai siyasi qurumları toplantiya dəvət etdik. Tədbirlerimizin və sərgilərimizin davam etdecəyini qonaqlarin nəzərinə catdırdıq. Məqsədimiz Almaniya ictimai siyasi təşkilatları, eləcədə Beyləlxalq təşkilatlarla birgə, hər iki dovlətin bariş istiqamətində bir sıra işlərin görülməsi müzakirəsini başlamaq və sülh şərati ilə cözülə bilcək addımların atımasından ibarət oldugunu qeyd etdik. Sonra cözümün sülh şəraiti həlli istiqamətində, Alman ictimai siyasi qurumları ilə birgə dialoq apardiq. Insan Hüqüqları Müdafiə teşkilatı olaqraq , qacqın və məcburi köckünlərimizin indiki halda hansı şəraitdə yaşadiqlari haqqda, fotolar, vidio filiomlər vasitəsi ilə Alman ictimai siyasi qurumlarına, media məsublarına numayiş etdirməkdən ibarət işlər gorəcəyimizi bildirdik. Məqsədimizi aciqlayaraq bildirdik ki, 14 il ərzində, cox sayda qacqınlarımızın müəyyən faizinin acınacaqli şəraitdə yaşayışlarını təblig etmək, köckünlərimizin yaxın bir vaxtda öz tarixi torpaqlarına qayitma tələbinin ireli surulmesi olacaqdir. Hər gün atəşkəsin pozulması ilə bagli infarmasiyaları, internet sayıtlarından oxuyarkən, eləcədə tv.ekranlarından eşidərkən məsələnin tez bir zamanda cözülməyəcəyi sarsıntımızı dilə gətirdik. Digər tərəfdən, paralel olaraq Azərbaycanda Insan Huquqlarinin pozulmasi bizleri cox narahat etdiyini də vurguladıq. Toplantı qonaqları Azərbaycanda demokratik şəraitin hələ də olmaması Alman ictimai siyasi qurumları daxilində cox təəsüf edici hal yarandıgını qezd etdilər və hər kecirdiyimiz tədbirlərdə Azərbaycanda hər hansı bir yenilik olacagı ilə cox maraqlandılar. Efsuslar olsun ki, mətbuat səhifələrini oxuyarkən, insan hüquqlarının tez tez pozldugunu, qanunların işlənməməsi, məsələlərin kökündən həllinin axtarilmasması bizi və Alman ictimaiyyətini cox təəsüfləndirir. Toplantıda Məhkəmələrin müstəqil olmamaları, jurnalistlərə qarşı amansız qərarların verilməsi, demokratik proseslərin həlli deyil, diktatorluq rejiminin təzahürü kmi qiymətləndirildi. Alman siyasi ictimai qurumlar, və jurnalistlər Azərbayacan hakimiyyətinə belə hadisəlerə qarşı öz etirazlarını bildirməklə yanaşı jurnalistlərin azadlıga buraxılması tələblərini dilə gətirdilər. Bizdə insan huquqlarının mudafiəciləri olaraq vətəndaşlarımızın və muxalifət partiyalarının səsinə səs verərək həmin tələblərə qoşulur, jurnalistlərin və siyasi məhbusların azadlıga buraxılmasını tələb edərək, haqsız yerə həbsə alınmalarına qarşı etirazımızı bildirdik. Toplantının yekununda, Insan Huquqlari təşkilatlarına, Avropa Şurasina, Alman Sosial Demokrat partiyasına və media mənsublarına, kecirdiyimiz toplantı haqqinda məlumatlandırmagı qərara aldıq.

Avropa Insan Huquqlari Mudafie teshkilatinin Qavkaz bölgə təmsilcisi

Intigam Məmmədov.

Almaniya-Hannover

Əvvəlki məqalələr

Sonrakı məqalələr