Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mübariz S. Əzimli: İqtidarın “dava-dava” oyunu bizə nə vəd edir?

Mirzə Xəzər 21 Avq 2007

no comments

 

1969-cu ildən bu yana Əliyev rejimindən hər cür eybəcərlik görmüşük. Inanmaq olmur ki, bunlar nə isə yeni bir hərəkətlə bizi təcübləndirə bilərlər. Amma biz hər dəfə yanıldığımızın şahidi oluruq. Məsələn, İlham Əliyev polislərin qarşısında çıxış edib bəyan edir ki, “2003-cü il prezident seçkilərindən sonra bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri seçkilər dövründə xalqa qarşı vəhşilik etmiş polis işçilərinin cəzalandırılmasını tələb etmişdilər. Amma mən onlara cavab verdim ki, heç bir polis işçisinin cəzalandırılmasına yol verməyəcəyəm”(!!!). Və yaxud azərbaycan və türk diasporunun forumunda deyir ki, “Ermənistan respublikasi bizim azərbaycan-türk torpaqlarında yaranıb. Biz bu torpaqları tələb etmirik, amma edə bilərdik”(!!!). Və yaxud, çıxışlarının birində Azərbaycanın hərbi büdcəsinin Ermənistanın cəmi büdcəsi qədər olduğunu vurğulayaraq, “lazım gəlsə, biz, torpaqlarımızı hərbi yolla azad edəcəyik”,deyir... və sair.
Xüsusilə iqtidarın son, müharibə çağırışları heyrətvericidir. Bu iqtidarın mahiyyətinə, bunların nəsil-nəcabətinə bələd olmayan insanlarda belə bir yanlış fikir yarana bilər ki, iqtidar mənsublarının milli duyğuları baş qaldırıb və bunlar vətən torpaqlarını nəhayət ki, azad etmək fikrinə düşüblər. Əvvəla burada milli duyğudan söhbət gedə bilməz, çünki milli duyğuya qalsa azərbaycan torpaqlarının qalanında da bunlar ya kürd dövləti qurarlar, ya erməni, ya da rus. Bundan başqa, siz heç saxtakarın, rüşvətxorun, oğrunun, müharibə edib, vətən torpağını azad etmək istəməsini gördünüzmü? Buna inanarsınızmı? Bəs iqtidarın bu “dava-dava” oyunu nə deməkdir? Yaxşı halda bu, demoqogiyadır. Atalarımız deyib ki, vurmaq istəməyən daşın yekəsini götürər.
Amma dünyanın düz yerində, yeri gəldi-gəlmədi Ermənistanı müharibə ilə hədələmək şəxsən məndə qorxulu duyğular oyadır. H.Əliyev uzun sürən hakimiyyəti dövründə həmişə ermənilərə güvənmiş, həmişə onlardan açıq və ya gizli dəstək almışdır. Bu dəfə də heydərizmin davamçılarının erməni qardaşları ilə məsləhətli hərəkət etdiklərinə mənim şübhəm yoxdur. Elə qorxulu da budur. Qorxulu olanı budur ki, erməni və azərbaycan iqtidarı razılaşdırılmış lokal müharibə törədib bir sıra problemlərini həll etmək fikrinə düşsünlər. Bu halda uduzan azərbaycan xalqı olacaq. Erməni tərəfi də, azərbaycan iqtidarı da udacaq. Fikrimi bi qədər geniş əsaslandırmağa çalışım:
Qarşıda 2008-ci ilin prezident seçkiləri gəlir. İlham Əliyev nə qədər özündən razı olsa da, seçkilərdə yenə də uduzacağını yaxşı bilir və işi seçkisonrası saxtakarlığa və zorakılığa qoymaq istəmir. O, “böyük qardaşı” V.Putinin təcrübəsindən yararlanmaq fikrinə düşüb. Daha doğrusu və dəqiqi - Rusiya prezidenti üçün bu senariləri yazanlar indi İlham Əliyev üçün senari yazırlar. Bu senari nədən ibarət idi? Yadınızdadırsa, o vaxt Rusiyanın müxtəlif şəhərlərində 5-6 bina partladıldı, 5-6 yüz günahsız insan həlak oldu, bu partlayışları çeçen mücahidlərinin ayağına yazıb Çeçenistanı yenidən işğal etdilər...
Nəticədə bütün bu cinayətlərin təşkilatçısı olan V.Putin prezident oldu və xalqın qanı hesabına hakimiyyətini möhkəmləndirdi.
Bu senarinin azərbaycan variantını mən belə görürəm: Qoşunların təmas xəttində hər gün baş verən qarşılıqlı atəşi bəhanə edərək geniş çaplı döyüş əməliyyatları başlayır və Azərbaycan Ordusu 5-6 kəndi “azad etdikdən” sonra bütün dünyanın tələbi ilə döyüş əməliyyatları dayandırılır.
Bu zaman erməni tərəfi Azərbaycanın “revanşist” siyasətini bəhanə gətirərək sülh danışıqlarından geri çəkilir. Işğal olunmuş torpaqların qaytarılması məsələsi gündəmdən çıxır. Yenə də ermənilər qazanır.
Azərbaycan iqtidarının qazandıqları daha çox olur:
1. Azərbaycan müharibədə “qələbə çalır”.
2. Ali Baş Komandan həm də dahi sərkərdə elan olunur.
3. Bu sovdələşməyə əngəl olmaq istəyən müxalifət, QHT-lər, müstəqil mətbuat xain adlandırılır və müharibə vəziyyətinin verdiyi imkanlardan istifadə edilərək darmadağın edilir.
4. Prezident seçkilərində Ali Baş Komandan, dahi sərkərdə, generalissimus İlham Əliyevin qələbəsi təmin olunur.
5. Hərbi əməliyyatların aparılması, sonra isə “bərpa işləri” adı altında milyardlarla vəsait mənimsənilir.
Uduzan tərəf – azərbaycan xalqı:
1. Qarabağ həmişəlik itirilir.
2. Minlərlə əskər və zabitimiz bu saxta müharibədə həlak olur.
3. Xalqın malı olan milyardlar irtidar tərəfindən mənimsənir.
4. Xalqın olan-qalan müqaviməti qırılır, siyasi müxalifət anlayışı aradan götürülür.
Təbiidir ki, gələcəyə aid olan hər şey ancaq fərziyyədir. Amma bu fərziyyənin sabah həqiqət olmamasını istəyiriksə bu cinayətkar rejimin cinayətkar təbiətini hər gün açmağa davam etməliyik. Əks təqdirdə yuxarıda diqqətə çatdırdığımız bəlalar başımıza gələcək, necə ki, bundan qabaqkılar gəldi.
Iqtidar, özlüyündə xalqı aldadacağını düşünür və bu senari yalan üzərində qurulub. Və hər bir irimiqyaslı layihə kimi bu əməliyyat da mərhələlərdən ibarətdir. Bizim borcumuz elə ilk mərhələdə, yəni iqtidarın “dava-dava” oyunu çıxarması mərhələsində bu cinayətin qarşısını almaqdır.

 

 

Eynulla Fətullayev ifadə verməkdən imtina etməkdə davam edir

Mirzə Xəzər 12 Avq 2007

EYNULLA FƏTULLAYEV İFADƏ VERMƏMƏKDƏ İSRARLIDIR Aydın Nəzərli: “Bu ayın sonuna qədər istintaq yekunlaşacaq”

Dünən vəkil Aydın Nəzərli “Gündəlik Azərbaycan” qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə saxlandığı MTN-in təcridxanasında görüşüb. Bu barədə bizimlə söhbətində vəkil məlumat verdi. Onun sözlərinə görə, baş redaktorun səhhəti və saxlanma şəraiti normaldır. Müsahibimiz E.Fətullayevin yenə də istintaqa ifadə verməkdən imtina etdiyini dedi: “Bu davranışının səbəbləri barədə isə daha öncədən də məlumat vermişəm. O, obyektiv aparılmayan istintaqa heç bir ifadə verməyəcəyini bildirib”. Amma vəkil hesab edir ki, bu ayın sonlarına yaxın E.Fətullayevin istintaqı yekunlaşa bilər. Onun sözlərinə görə, artıq bütün istintaq hərəkətləri aparılıb: “İstintaq çərçivəsində əlavə hansısa şahidlərin dindirilməsi ilə bağlı bizə hər hansı məlumat verilməyib. Amma ötən müddət və aparılan işlər göstərir ki, bu ayın sonlarında istintaq yekunlaşacaq”. Müsahibimizin sözlərinə görə, çox güman ki, sentyabrın əvvəllərində də məhkəmə öz işinə başlayacaq. Vəkil bu müddət ərzində baş redaktorun əfvlə bağlı hər hansı müraciət ünvanlamadığını da vurğuladı.

Sevinc TELMANQIZI

(“Yeni Musavat” qəzeti)

Əli Insanovun siyasi məhbus kimi tanınmasına maneçilik törədilir

Mirzə Xəzər 11 Avq 2007

11 avgust 2007

Sabiq səhiyyə nazirinin vəkilləri beynəlxalq qurumlara və səfirliklərə müraciət edib Dünən keçmiş səhiyyə naziri Əli Insanovun vəkilləri ATƏT-ə, Avropa Şurası Parlament Assambleyasına, Azərbaycanda olan on bir ölkənin səfirliyinə müraciət göndərib. Bu barədə Turana vəkil Toğrul Babayev bildirib. Sənəddə deyilir ki, Əli Insanov AŞPA-nın 2007-ci ilin yaz sessiyasında siyasi motivlərlə həbs olunmuş şəxs sayılıb və potensial siyasi dustaq hesab edilərək, barəsində ədalətli məhkəmə keçirilməsi haqda qərar qəbul edilib. “Lakin dörd aydan artıqdır ki, Apellyasiya məhkəməsində Ə.Insanovun işinə baxılması təyin edilmir. Məqsəd payızadək işlə bğağlı qərar qəbul edilməməsi və AŞPA-nın payız sessiyasında Əli Insanovun siyasi məhbus kimi tanınmasına mane olmaqdır”, – deyə müraciətdə qeyd edilir. Sabiq səhiyyə naziri Əli Insanov 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan həmin ittiham başqa icraata ayrılıb və məhkəmə onun barəsində rüşvət alma, vəzifə səlahiyyətlərini aşma və başqa ittihamlarla 11 il azadlıqdan məhrumetmə barədə hökm çıxırıb.

(“Azadlıq” qəzetindən götürülüb)

Əvvəlki məqalələr

Sonrakı məqalələr