Mübariz Əhmədoğlu: Böhtan, saxtakarlıq və cəzasızlar üçbucağı
Bermud üçbucağının sirrini açmaq üçün çox araşdırmalar aparılıb .Bu ücbucağa daxil olan gəmilərin ,üzərindən uçub gedən təyyarələrin hec kimə məlum olmayan səbəbdən yoxa çıxması, çox alimlərin yuxusuz gecələrinə səbəb olub.İnsanlar, təbiətin bu qədər insan həyatına qıyan möcüzəsinin sirrini açmaq cəhdində israrla davam edir.
Bölgənin ən qəddar diktatura rejiminə sahib olan Azərbaycan Qafqazda tam bir siyasi olüm üçbucağı halına gətirilmişdir.Şərlənərək,tutulan, cəza lagerlərində saysız-hesabsız işgəncələrə məruz qalan günahsız azərbaycanlıların inlədiyi bu böhtan və cəzasızlar üçbucağının sirrini açmaq isə, Bermud üçbucağının sirrini açmaq qədər, müşkülə dönüb.
Bermud üçbucağından fərqi olan bu üçbucaqda insanlar təkcə fiziki deyil, həm də mənəvi cəhətdən məhv edilir. Burada məmur olub, rüşvətxor olmamaq yasaqdır. İstəməsən belə, səni zorla korrupsiyaya bulaşdırıb, dilini gödək gözünü kor edər, beləliklə, istismar üçün asan hala salınır. Qədim Çində əsirləri manqurtlaşdırarmaqla mənliyini məhv edərək, bir parça çörək üçün öz əzizlərini məhv etməyə hazır olan qul vəziyyətə gətirildiyi kimi.
Bu üçbucağın sirlərini də açmaq üçün buraya çox araşdırmaçılar gəlmiş, amma heç bir sonunca çatmayaraq getmişlər.Təbii iqlimi ən yaxın qonşuları Gücüstandan və Ukraynadan çox da fərqli olmayan, bu ərazidə, insan haqları, bəşəriyyətin sivil qanunları və allah xofu yoxdur. Akademiki jurnalisti qanına qəltan edilən düz danışanın dili kəsilən bir yerdir bura.Yalnız Ağcəbədidən Xəzər dənizinə qədər ərazidə Fironluq edə bilən hərbi-polis rejimi beynəlxalq aləmdə insan haqları ilə məşğul olan müxtəlif beynəlxalq təşkilatların,
məhkəmələrin müraciətlərinin saya salmdan buranı "cəngəl qanunları" ilə idarə edir.
Burada Jurnalistlər səhər evdən çıxdıqda axşam evlərinə sağ-salamat gələcəklərini,yoxsa Elmar Hüseynov kimi qanlarına qəltan olacaqlarını bilmirlər.
Buraya gələn yabançılar da sanki, buranın açılmayan sirrləri əhatəsinə düşür.Onlar da buranın qanunlarının icrasına çevrilirlər.
Ölkəyə investisiya qoymuş xarici şirkət yolda yol polislərinin soyğunundan qaçmaq üçün maşınlarının üstünə öz qanuni adlarını deyil hakim ailəyə məxsus "Azpetrol" şirkətinin adını yazırmışlar.Sığortalanmaq üçün.Bu gün müxtəlif nazirliklərdə ətli-yağlı day-daylıların görməli olduqları işləri də, tək başına görməyə məcbur olan, minlərlə namuslu adamlar da məhz sığortalanmaqdan ötəri bu əzablara qatlanırlar.Heç olmasa aşağı təbəqə qansoranlardan qoruna bilmək üçün.
Burada həkimlər xəstələrinə Rentgen aparatlarına görə deyil, onların ciblərinə uyğun "diaqnoz" qoyurlar.Yetərli pulun yoxdursa, yaşamağa da heç bir şansın yoxdur. İstər anginan olsun istər xərçəngin.
Burada müəllimlər öz tləbələrinə müştəri gözü ilə baxır.Ən yaxşı tələbə dərslərə vaxtında gələn və biliklərə həvəslə yiyələnən deyil, müxtəlif bəhanələrlə rüşvət verən tələbələrdir.
Dövlət işində çalışan müasir kommunistlər artıq Kommunist partiyasının gostərişi ilə deyil öz bildikləri ənrabadi iş üslubundan istifadə edir.Biri öz kiçik xanlığında qadınların mini yubka geyməsini qadağan edir.Başqa birisi isə müəllimələrə şalvar geyinmələrini yasaqlamaq təklif edir.Müəllimənin şalvar geyməsi azyaşlı uşaqların tərbiyyəsinə pis təsir edirmiş.
Burada Dövlət olmadığı üçün, dövlət dəyərləri də yoxdur.Nə edirsən et-yetər ki, hakim zümrəyə sədaqətli ol.Necə deyərlər: Kəndxudanı gör- kəndi soy.
Son zamanlar rəngarəngliyi ilə populyar olan youtube.com saytı mənim də diqqətimi çəkdi. Dünyanın demək olar ki, hər yerindən, müxtəlif xalqların nümayəndələri bu sayta mwxtälif videolar yerləşdirib.Kimi öz musiqisini, kimiləri gözəl təbiət mənzərəsini və ya öz olkəsinə aid maraqlı bildiyi böyük-kiçik video parçalarını bu sayta yerləşdirmişlər.
Azərbaycanın dünyaya nə təqdim etdiyi ilə maraqlanmaq üçün axtarış səhifəsinə sadəcə "azərbaycan" sözünü yazıram. Ekranda öncə, gözlədiyim kimi AzTV-nin sabun köpüyü siyasi seriallarına bənzəyən bir video çıxır.
Daha sonra isə, kim bilir neçə milyon pullara və xahiş minnətlərə azərbaycanın futbol üzrə milli komandasına məşqçi gətirilmiş, Braziliyanın keçmiş dünya çempionu Alberto Torresin Azərbaycanın Polşa yığması ilə qarşılaşdığı futbol oyunundakı rüsvayçı hərəkəti nümayiş olunur.
Alberto Tores dünyanın gözü önündə FIFA hakiminə yumruq qaldırır.Onu döyməyə səy göstərir.Kənd toylarinda arağın təsiri altında necə deyərlər köynəyinə sığmayan yüngülbeyinli "dəliqanlılar" kimi tuturlar-tutulmur.O, bu hərəkəti ilə, beynəlxalq aləmdə Azərbaycan futbolunun onsuz da çox sönük oyunları ilə hecə çıxarılmış imicinə daha bir zərbə vurur.Çünki,o, bu hərəkəti üçün heç bir məsuliyyət daşımayacağını bilir.
Alberto Torres Braziliya forması geydiyi zaman, o formanın şərəfini yetərincə qoruyub. Heç vaxt, öz ölkəsinin tənə, gülüş hədəfinə çevrilməsinə yol açacaq hərəkət etməyib. İndi isə onun əynində, kürəyində böyük hərflərlə yazılmış Azərbaycan forması var .O, dövlət imici deyilən bir bir kəlmənin Azərbaycanda keçərli olmadığını yaxşı bilir. Buranın hakim klana yaxın adamlar üçün cəzasızlar üçbucağı olduğunu bilirdi. Azərbaycanda, futbolun yumruqla deyil-ayaqla və başla (əgər baş varsa) oynandığını xatırladan kimsə olmayacağını bildiyi üçün, belə hərəkət edir. Bütün dünya internet vasitəsi ilə, onun bu rəzalətli hərəkətini dönə-dönə seyr edir ...
...Adamın yadına, mitinglərdə, əli yalın xalqın üzərinə hücuma keçən, yüyürdükcə ətli qarnları yırğalanan polislər düşür. Onların yerində Toresi təsəvvür edirəm,və birdən ağlıma gəlir ki, nə əcəb bizim ailə podratı ölkəmizin yekələri, Alberto Torresi buraxdılar getdi ?Ona o qədər pullar xərcləmişkən, heç olmasa, başqa bir iş tapşırmaq olardı.
Məsələn: yekə başına bir kaska, əlinə də bir dəyənək verərdin, müxalifətin mitinglərində qadınlərı huşunu itirənə qədər döyərdi.Ya da Mustəqil Mediya Orqanlarının baş redaktorlarına qarşı, işverənlik üçün istifadə eləmək olardı.
Tatyana Çaladze kimi. Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Çaladze onun iddiası ilə həbs edilmiş "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı çıxarılmış qərarın Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmasına yaman sevinib.
Çaladzenin dəyərini öz ölkəsində bilməyiblər. Əvəzində onun, işverənlik qabiliyyəti Azərbaycanda kəşf olunub. İndi Mustəqil Jurnalistikaya qarşı baktereoloji silah kimi istifade olunur. Göründüyü kimi, Çaladze doğru ünvana gəlib. Onun kimi əqidəli insanlar Afrikanın və Qafqazın ərəb idarə-üsullu dövlətlərinin hakimi-mütləqləri, Mərakeş Kralı VI Məhəmməd və II Əliyevin ölkəsinə yaraşar.
Axı Mixael Saakaşvili müstəqil mediyanın düşməni deyil və onun adı Kongo diktatoru Josef Kabila ilə də eyni siyahıda çəkilmir.Ona görə Çaladze Gürcüstanın deyil, Azərbaycanın yolunu tutub .
Qadın azərbaycan mədəniyyətində mərhəmət və zəriflik simvolu olub.Hökmdar Nüşabə, öz sevgisi və ağıllı məzəmməti ilə İsgəndər kimi zalım şahın qəlbində, insan sevgisi, mərhəmət hissi yaradıb.Nüşabənin sevgisindən təsirindən İsgəndər,
insanlara zülm verməkdən, dunyanın qızılına, var-dövlətinə hərisliyindən daşınıb.Qadınlar başlarının yaylığını kişilərin ayaqlarına ataraq, günahsız töküləcək qanın qarşısını almışlar.İndi isə, bu qadınların ərləri və ya övladları çaladzelərin vasitəsi ilə şərlənərək zindanlara atılır. Eynulla Fətullayevin müdafiəçiləri son ümid yeri olaraq Avropa Məhkəməsinə üz tutblar.
Təbii sərvətləri, azadlığı, seçmək haqqı bir qrup insan tərəfindən işğal olunan Azərbaycanda inləyən insanların səsi heç hara çatmır. Bermud üçbucağında olduğu kimi.
Bu üçbucağın hansısa okeanın gözdən- könüldən uzaq bir yerində deyil, demokratik prinsiplərlə çıxış edən ATƏT-in coğrafi ərazisində yerləşməsi də görünür, özəl bir anlam daşıyır.
Mübariz Əhmədoğlu
ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARI QÜVVƏDƏ SAXLAYIB
2007-08-21 - 20:19:00
Bu gün Ali Məhkəmə «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı çıxarılmış qərarı qüvvədə saxlayıb.
E.Fətullayevə qarşı iddia ilə çıxış etmiş Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladze «Turan»ın müxbiri ilə söhbətində deyib ki, bir həftə öncə birinci proses təyin edilmişdi, amma Fətullayevin vəkili və xüsusi nümayəndəsi gəlmədiyindən proses bu günə qalmışdı.
T.Çaladzenin sözlərinə görə, baş redaktorun vəkili və nümayəndəsi bu gün də prosesə gəlməyib. Məhkəmə onların iştirakı olmadan keçirilib və qərar çıxarılıb. T.Çaladze qərardan razı qalıb. O, prosesi ədalət və ləyaqətlə başa vurduğunu, təkcə xocalıların yox, bütün azərbaycanlıların qarşısında üzünün ağ olduğunu deyib.
E.Fətullayevin xüsusi nümayəndəsi Üzeyir Cəfərov isə «Turan»a açıqlamasında deyib ki, proses barədə onlara hər hansı məlumat verilməyib. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsində də, Ali Məhkəmədəki birinci prosesdə də belə olub, xəbər verilmədən məhkəmə iclası keçirilib: «Bizim əlaqə telefonlarımız hakimdə var və bizi tapmaq problem deyildi».
Ü.Cəfərov Azərbaycan məhkəmələrindən hər hansı ədalət gözləmədiklərini, ona görə məhkəmə prosesinin uzanmasında maraqlı olmadıqlarını da söyləyib və qeyd edib ki, bu instansiyaları tezliklə keçib işi Avropa Məhkəməsinə çıxarmaq niyyətindədirlər.
Vəkil İsaxan Aşurov da bildirib ki, Ali Məhkəmədə keçən bugünki proses haqda məlumatlandırılmayıb: «Çaladze çox tez sevinir. Ali Məhkəmə son instansiya deyil. Müdafiə tərəfi Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir və şikayət artıq hazırdır».
Xatırladaq ki, 2007-ci il aprelin 4-də Yasamal Rayon Məhkəməsi Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin və Xocalı şəhər sakinlərinin iddiası ilə «Realnı Azerbaydjan» qəzetinin redaksiyasını və baş redaktor Eynulla Fətullayevi, hər biri 10 min manat olmaqla, 20 min manat məbləğində cərimələyib. Elə həmin vaxt E.Fətullayev xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunub və aprelin 20-də 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qəzet və baş redaktor Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya instansiyası Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra kassasiya qaydasında Ali Məhkəməyə şikayət göndərilmişdi.
"Media Forum"
GÜNEYDƏ MİLLİ FƏALLARA QARŞI TƏZYİQLƏRİN ARTDIĞI XƏBƏR VERİLİR
2007-08-21 - 18:20:00
Güney Azərbaycanda siyasi vəziyyətin son dərəcə gərginləşdiyi barədə məlumatlar gəlir. Söhbət milli fəalların kütləvi həbsi və təzyiq altına alınması barədə xəbərlərdən gedir.
«Media forum»a daxil olan məlumatlarda İrandakı son təzyiqlərə etiraz əlaməti olaraq bir sıra Azəbaycan ziyalılarının, o cümlədən yazıçı və şairlərin internetdə imza kampaniyası başlatdığı bildirilir.
Məlumatlara görə, Zəncanda tutularaq Tehranın Evin həbsxanasında saxlanan milli fəallar vəkildən məhrum edilərək hökumətin davamlı təzyiq və işgəncəsinə məruz qalırlar. Hüquq müdafiəçiləri Səid Mətinpur, Behruz Səfəri və Cəlil Qənilunun üç aydan çoxdur ağır şəraitdə həbsdə saxlandığı və xəstə olduqları bildirilir.
Azərbaycan və ərəb milli fəallarının vəkilliyini öz üzərinə götürmüş Saleh Kamraninin avqustun 18-də yenidən Kərəc şəhərində tutularaq Evin həbsxanasına aparıldığı deyilir. Təbrizdən yayılan məlumatlarda isə vurğulanır ki, Azərbaycan milli fəalı və yazıçı Şəhnaz Qulami artıq bir neçə gündür ev dustağıdır. O, Azərbaycan milli məsələsi və qadınların hüquqları ilə bağlı yazılarına görə ETTELAAT qüvvələrinin təzyiqlərinə əvvəllər də məruz qalmışdı.
Digər məlumatda bildirilir ki, bir müddət əvvəl həbsə salınan təbrizli milli fəal Nima Rəzəviyan müəmmalı şəkildə dünyasını dəyişib. Onun işgəncələr altında öldürüldüyü barədə şayiələr gəzir.
Ərdəbildə isə iki milli fəal - Gəştasb Vaseqi və Mahmud Aslani İnqilab Məhkəməsində casusluqda günahlandırılaraq 4 il həbsə məhkum ediliblər.
Xiyavdan (Meşkin Şəhr) verilən məlumatlarda isə bildirilir ki, azərbaycanlı yazıçı-jurnalist İbrahim Rəşidi (Savalan) milli fəaliyyətlərinə görə5 ay şərti həbs cəzası alıb. Təbriz zindanında saxlanan milli fəal Əmir Abbas Bənai Kazimi isə naməlum başqa bir həbsxanaya köçürülüb.
«Media forum»