Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Gedin prezidentinizə cinayət işi açın”_Əli Insanov Əliyevlər hakimiyyətini quldur adlandırdı

Mirzə Xəzər 31 Avq 2007

no comments

31 avgust 2007

Sabiq nazir Apellyasiya Məhkəməsində hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirdi



insanov_resotka
Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli Insanov və daha 10 nəfərin işi üzrə Ağır Cinayətlərə Dair Işlər Işlər Üzrə Məhkəmənin 20 aprel tarixli hökmündən verdikləri apellyasiya şikayətinə baxıldı. Proses başlayan kimi sabiq nazirin vəkili Ağayevyis Şahverdi məhkəmə tərkibinə etiraz etdi. Vəkil etirazını belə əsaslandırdı:
- Bizim apellyasiya şikayətlərimiz baxılması üçün apellyasiya instansiyasına sədrlik edən Salman Hüseynov, hakimlər Qail Məmmədov və Həmid Həmidovdan ibarət tərkibə verilmişdi. Həmin tərkib iyunun 19-da hazırlıq iclası keçirdi. Iclasda qərara alındı ki, şikayətə mahiyəti üzrə baxılmayacaq və məhkəmə baxışını iyulun 3-nə təyin etdi.

Vəkil məhkəmə tərkibinə etiraz etdi

Həmin tarixə kimi biz məhkəmənin ilkin hazırlıq iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdik. Bu günə kimi biz işə hansı tərkibin baxacağı ilə maraqlananda cavab verdilər ki, işə əvvəlki tərkib baxacaq. Bu gün isə məlum oldu ki, Qail Məmmədov prosesə sədrlik edir, tərkibdə isə yeni təyin olunmuş hakimlər - Abid Abdinbəyov və Sahibxan Mirzəyev çıxırlar. Bildirmək istəyirəm ki, Abid Abdinbəyov və Sahibxan Mirzəyevin bu işə baxmağa səlahiyyətləri yoxdur. Buna görə də bütün Bakı Apellyasiya Məhkəməsinin tərkibinə və hazırki prosesə sədrlik edən Qail Məmmədov, hakimlər Sahibxan Mirzəyev, Abid Abdinbəyovdan ibarət məhkəmə tərkibinə etiraz edirik və iş baxılması üçün əvvəl sədrlik edən Salman Hüseynov, hakimlər Qail Məmmədov və Həmid Həmidovdan ibarət tərkibə qaytarılsın.
Bundan sonra etiraz müzakirəyə çıxarıldı. Sabiq nazirin digər vəkili Toğrul Babayev də etirazı müdafiə etdi. Etiraza münasibət bildirmək növbəsi Əli Insanova çatdıqda o, əlavələrinin olduğunu da sədrlik edənin nəzərinə çatdırdı:

“Yubanmaya göstərişi Ilham Əliyev verib”

- Hörmətli məhkəmə, hörmətli proses iştirakçıları. Əvvəlcə özüm-özümə sual verirəm: - Addım-addım hüquqlarımın pozulduğu bir halda hansı məhkəməyə inanım. Digər məhkəmələr kimi bu məhkəmənin də ədalətli qərar çıxaracağına bəri başdan inanmıram. Siz də qanunları pozub bu kürsüyə yiyələnibsiniz. Mən beş aydır bu məhkəməni gözləyirəm. Özüm- özümə sual verirəm ki, niyə gözləyirəm. Sualıma cavab tapıram ki, məhkəmənin uzadılmasını dövlət başçısı göstəriş verib. Mən hüquqlarımı dilənməyə məhkum deyiləm. Ali məhkəmədə bu kassasiya şikayətinə baxılandan 37 gün sonra bu proses təyin olunub. Çünki prezident belə göstəriş verib.
Hakim bir qədər yüksək tonda əli Insanovun sözünü kəsdi:
- Ittihamdan kənar danışmayın. Prosesin bu günə təyin olunması siz dediyiniz kimi deyil. Bu zalda Hacı Məmmədov və digərilənin işinə baxılıb. Ona görə də bu prosesə baxılması uzadılıb.
Ə.Insanov:
- Hörmətli məhkəmə, siz qışqıra-qışqıra mənim sözümü kəsə bilərsiniz, mən də eyni tərzdə sözümü deyə bilərəm. Bir yunan aforizmində deyilir: - Əgər qışqırmaqla tikib-yaratmaq mümkün olsaydı, onda uzunqulaq ən böyük arxitektor olardı.
Hakim:
- Deyəsən bu fikir ikimizə də aiddir.
Əli Insanov:
- Hüquqlarım pozulur, məhkəmə qanunsuz olaraq uzadılır. Məhkəmənin uzadılması hüququnu sizlərə kim verib? Mən sizə fikrimi izah edirəm. Əsaslandırmaq istəyirəm ki, niyə sizə etiraz edirəm. Ölkədə insan hüquqları hər gün tapdanır. Insanların haqqını siz məhkəmələr tapdayırsınız. Artıq Azərbaycan məhkəmələri siyasiləşmiş məhkəmələrdir və ailə-klan hakimiyyətinin sifarişlərini yerinə yetirir.
Hakim:
- Xahiş edirəm vəsatətə fikrinizi bildirin.
- Xahiş edirəm sözümü kəsməyin, fikrimi yayındırmayın. Mən sözümü burada deməyib, harada deməliyəm? Türmələrdə məhkumlar damarlarını doğrayırlar. Azərbaycan vətəndaşları intihar edirlər. Mən bunları görmüşəm. Heç kimin görmədiyi dəhşətli faktların şahidi olmuşam. Bu da sizlərin çıxardığı ədalətsiz qərarların nəticəsidir. Məhkəmə sistemi korrupsiyalaşıb.

“Mən quldur hakimiyyətin çirkablarını ifşa edirəm”

Bu yerdə hakim yenidən Əli Insanovun sözünü kəsərək vəsatətə münasibət bildirməsini tələb etdi. Lakin bu Əli Insanovun daha kəskin çıxış etməsinə səbəb oldu:
- Mən vəsatətə münasibət bildirirəm. Siz mənim sözümü o vaxt kəsirsiniz ki, mən bu quldur hakimiyyətin çirkablarını üzə çıxarıram.
Hakim:
- Xahiş edirəm qaydalara riayət edin.
- Niyə mən Azərbaycan məhkəməsinə etiraz edirəm? Beş ay bundan əvvəl prezidentin və onun yaxınlarının barəsində ifşaedici faktlar səsləndirdim. Niyə bu günə kimi məhkəmə və prokurorluq dediyim ifşaedici faktlarla maraqlanmır, onları araşdırmır?
Hakim:
- Insanov, Insanov!
- Bu hüquqsuz ölkədə prezidentin sözü Konstitusiyanın müddəalarından üstündür. Bu yaxınlarda Polis Akademiyasında prezident çıxışı zamanı demokratiyanı dəfn etdi. Gedin prezidentinizə cinayət işi açın, mən də sizə inanım. Vəkillərimin verdiyi etirazı müdafiə edirəm.
Dövlət ittihamçısı Məhərrəm Mustafayev vəsatətə münasibət bildirərkən dedi ki, Əli Insanov prosesi hüquqi müstəvidən siyasi müstəviyə keçirmək istəyir. Ona görə də ona xəbərdarlıq elan olunsun. Vəsatət isə əsassız olduğundan təmin edilməsin. Məhkəmə müşavirə otağına getdi.
Yaranmış fasilə zamanı Əli Insanovun vəkili ona müstəqil qəzetləri vermək istədi. Lakin məhkəmə nəzarətçiləri buna imkan vermədilər. Müşavirədən qayıdan məhkəmə vəsatətin təmin edilmədiyini bildirdi.
Bundan sonra Ağaveyis Şahverdi məhkəmə zalında çəkiliş aparan operatorlarla bağlı hakimlərə müraciət etdi:
- Bilmək istəyirik ki, prosesdə çəkiliş aparan operatorlar kimlərdir?
Hakim maraqlandıqda məlum oldu ki, çəkiliş aparan “Lider” kanalının və “Trend” agentliyinin əməkdaşlarıdır. Ağaveyis Şahverdi operatorların çəkiliş aparmasına etiraz etdi. Əli Insanovun digər vəkili Toğrul Babayev də onu dəstəklədi. Əli Insanovun isə məsələyə münasibəti belə oldu:

Insanov “Lider”lə AzTV-ni bandit adlandırdı

- Mən sizin səmimiliyinizi alqışlayıram. Ötən məhkəmə prosesinə sədrlik edən hakimə çəkilişlə bağlı müraciət etdikdə o, bildirdi ki, çəkiliş məhkəmənin protokolu üçün aparılır. Lakin biz bilirdik ki, çəkilişi “Lider”in operatoru aparır. Mən onların burada çəkiliş aparmasına etiraz edirəm. “Lider” kanalını il yarımdır ki, biz məhkəməyə vermişik. Guya mənim evimdə apardıqları çəkiliş lentləri yanıb. Necə olur ki, 1993-cü ildə baş verənləri hər il nümayiş etdirirlər, amma iki il əvvəl guya evimdə aparılmış çəkilişlər yanır?
Bundan sonra Ağaveyis Şahverdi bildirdi ki, Apelly@BNgXÇÜz hazırlıq iclasında məhkəmədə protokol üçün çəkiliş aparılması və sonda surətinin onlara verilməsinə dair qərar qəbul olunub.
Dövlət ittihamçısı:
- Burada açıq məhkəmə iclası keçirilir, istənilən KIV nümayəndəsi gəlib prosesdə iştirak edə və çəkiliş apara bilər. Amma bu məsələ məhkəmənin səlahiyyətindədir.
Məhkəmə isə qərara aldı ki, istənilən KIV nümayəndəsi prosesdə iştirak edə bilər. Çəkilişə isə yalnız beş dəqiqə vaxt verilir.
Bundan sonra Ağaveyis Şahverdi daha bir vəsatətlə çıxış etdi:


- Ağır Cinayətlərə Dair Işlər Üzrə Məhkəmədə Əli Insanov və digərlərinin işi üzrə keçirilən prosesdə biz protokola əlavə olunmaq üçün çəkiliş aparılmasına dair vəsatətlə çıxış etdik. Vəsatət təmin olundu. Lakin məhkəmənin sonunda videoçəkilişlə tanış olmaq üçün bizə şərait yaradılmadı. Məhkəmənin hökmündən görünür ki, həmin vaxt prosesdə dindirilmiş şahidlərin ifadələri saxtalaşdırılıb və onların ittiham aktındakı ifadələri kompüterdən orfoqrafik səhvlərlə hökmə köçürülüb. Buna görə də həmin saxtakarlıq faktını təsdiqi kimi hökmdə əks olunan ifadələrlə videoyazıda olan ifadələr tutuşdurulsun. Buna görə də həmin videoyazının surətinin bizə təqdim olunsun.
Hakim:
- Həmin vəsatət qismən təmin olunub. Qərarda yazılıb ki, çəkiliş məhkəmənin arxivi üçün aparılır.
Əli Insanov vəsatəti dəstəkləyərək dedi ki, həmin vaxt vəsatət qismən deyil, tam təmin olunub:
- Mənim yaddaşım yaxşıdır, o vaxt vəsatət təmin olunub. Görürsünüz, həmin vaxt bizə bir şey deyiblər, qərarlarında isə başqa bir şey yazıblar. Həmin məhkəmə prosesi zamanı müdafiəçilərim qeydlər aparıblar və sonda hökmlə tutuşdurublar. Böyük fərqlər var. Mən istəyirəm ki, bu məhkəmə prosesi də lentə alınsın və sonradan işə əlavə olunaraq surəti bizə də verilsin. “AzTV” və “Lider”in çəkiliş qrupunun bandit kimi evimdə soxulub çəkiliş aparmasına və sonradan təhrif edərək yaymasına nə ixtiyarları var idi? Buna görə hansı məhkəmənin qərarı olub? Necə olur ki, əvvəlki dövlət çevrilişlərinin video çəkilişlərini saxlayırlar, amma bizim guya dövlət çevrilişi etmək istədiyimizə dair videoçəkilişlər yoxdur. Niyə saxlamayıblar?
Dövlət ittihamçısı bildirdi ki, bu vəsatətə məhkəmənin ilkin hazırlıq iclasında baxılmalı idi, ona görə də vəsatət təmin edilməsin. Məhkəmə vəsatəti rədd etdi.
Ağaveyis Şahverdinin daha iki vəsatətlə çıxış etmək istəməsi digər proses iştirakçılarının etirazına səbəb oldu. Onlar vəsatətlərin ümumiləşdirilmiş şəkildə verilməsini istəsələr də, A.Şahverdi qanunun verdiyi imkandan istifadə edərək növbəti vəsatətlərlə çıxış etdi:

- Əli Insanov bir il on aydır ki, Azərbaycan hakimiyyətinin siyasi sifarişi ilə həbsdə saxlanılır. O, onurğasındakı 3 və 4-cü fəqərələrarası yırtıqdan dəhşətli ağrılar çəkir. Buna baxmayaraq Əli Insanovun tibbi yardım almaq hüququ pozulur.
Hakim:

“Mənim taleyim sizin üçün maraqlı deyil”

- Sizin qaldırdığınız məsələ apellyasiya məhkəməsinə aid deyil. Burada bu fikirləri söyləməklə şou yaratmaq istəyirsiniz.
Ağaveyis Şahverdi:
- Mən bilmirəm siz nəyi şou hesab edirsiniz. Bildirmək istəyirəm ki, Əli Insanov xəstə vəziyyətdə müalicəsiz saxlanılır. Ona müstəqil mətbuatla tanış olmağa imkan verilmir. Bununla da onun hüquqları pozulur. Xahiş edirəm ki, onun müalicəsinə şərait yaraddılsın.
Əli Insanov:
- Mən bu gün məhbus kimi məhkəmənin səlahiyyətindəyəm. Siz bilməlisiniz ki, mənim saxlama şəraitim necədir, sağlamlıq durumumla maraqlanmalısınız.
Hakim:
- Məhbusların saxlanma şəraiti bizə aid deyil. Biz yalnız kanvoylara müraciət edirik ki, bu və ya digər məhbuusu məhkəməyə gətirsin. Əgər məhbusun səhhəti ilə əlaqədar məhkəməyə gətirilməsi mümkün deyilsə, müvafiq qərar qəbul edirik.
Əli Insanov:
- Məgər mənim taleyim sizin üçün maraqlı deyil. Bilməli deyilsiniz ki, ölmüşəm və ya qalmışam.
Bir də ki, əsəbiləşməyin. Bir həkim kimi baxıb görürəm ki, siz normal insansınız. Sizin əsəbiləşməyiniz, sinirlərinizə təsir edir. Mənim saxlama şəraitim ağırdır. Mənə tibbi yardım göstərilmir. 8 nəfərin olduğu yarımzirzəmi kamerada saxlanılıram. Guya məni iki dəfə mütəxəssis müayinə edib. Necə müalicə olunduğuma nəzər salsaz, görərsiniz ki, bircə dəfə də olsa reseptlə mənə dərman verilməyib. Ədliyyə naziri Fikrət Mməmədov söyləyir ki, bizə müraciət etsə, onun müalicə məsələsinə baxarıq. Biz başqa cür necə müraciət etməliyik? Bu məsələ ilə bağlı məhkəməyə qədər gedib çıxmışıq. Mənim belimdə şiddətli ağrılar olur. Bütün bunların başında prezidentin xalası oğlu olan ədliyyə naziridir və məndən qisas alırlar. Çox hörmətli ombudsman Elmira Süleymanova nəcib bir xanımdır. Amma ombudsman kimi fəaliyyəti yoxdur. Mən onun halına acıyıram. Bilmək istəyirəm ki, o kimin hüquqlarını qoruyur. Niyə bircə dəfə də olsun mənim saxlanma şəraitim barədə Milli Məclisdə çıxış etməyib? Bu necə ombudsmandır? Mənim kimi minlərlə məhbuslar var. Bunlar dekabrın 18-ni insan haqları günü elan ediblər. Bu günü necə qeyd edə bilərlər? Bu ölkədə curnalist danışır öldürürlər. Iqtidarın çirkin əməllərindən deputat danışır həbs edirlər. Akademiki sorğu-sualsız tutub həbsə atırlar ki, dövlət çevrilişi edibsən.


“Rəqib kimi məni məhv etmək istəyirlər”

Hakim:
- Insanov, Insanov
- Siz necə bilirsiniz, prezident mənə böyük xəyanət edibsə, əlimə saz götürüb ona müxəmməs oxumalıyam?

- Mahiyyət üzrə danışın.

- Bəs danışdıqlarım mahiyyət üzrə deyil. Mənə işgəncə verilir. 5 ay məhkəməni uzatmaq səlahiyyətini sizə kim verib.
Dövlət ittihamçısı:
- Törətdiyiniz əməllərdən danışın.
Toğrul Babayev:
- Siz göstəriş verməyin.
Əli Insanov:
- Siyasi rəqib kimi mənim fiziki məhvimlə bağlı planlardan xəbərim var. Lakin bunu həyata keçirməyə cəsarətləri çatmır. Hörmətli jurnalistlər mən və müdafiəçilərim müalicəmi xahiş etməmişik. Tələb etmişik. Bundan sonra Əli Insanovun xəstəliyindən yazmaq lazım deyil. Mən daha xəstəliyimdən danışmayacağam. Bu saxta hakimiyyətin çirkin əməllərindən danışmaq lazımdır. Insanların tapdanan hüquqlarından danışmaq lazımdır. Daha mən xəstəliyimlə bağlı tələb etməyəcəyəm. Mən insanların tapdanan hüquqlarını tələb edəcəyəm..
Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən məlum oldu ki, o, verilməyən vəsatətə münasibət bildirir:

- Əli Insanovun barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsinin əleyhinəyəm.

Ağaveyis Şahverdi:
- Mən hələ ki, belə vəsatət verməmişəm.
Dövlət ittihamçısının verilən vəsatətə münasibətindən sonra məhkəmə vəsatəti təmin etmədi.
Bundan sonra Əli Insanov bütün məhkəmə tərkibinə etirazını bildirdi:
- Mənim kimi yüzlərlə insan ölə bilər. Bunu mən başa düşürəm. Sizin də vəziyyətiniz mənə aydındır. Məgər siz özbaşına hökm çıxara bilərsiniz? Işə baxış qəsdən 37 gün uzadılıb. Biz buna görə Ali Məhkəməyə müraciət etmişik və hətta qərarda yazılıb ki, süründürməçiliyə son qoyularaq baxış keçirilsin.
Mən bilirəm ki, bunu prezident və onun yaxınları sifariş edib. Məqsədləri də budur ki, Avropa Şurasının Parlament Assambleyasının payız sesiyasında mənim barəmdə qərar çıxarılmasına mane olsunlar. Sədrlik edən Qail Məmmədov, hakimlər Rizvan Səfərov və Abid Abdinbəyovdan ibarət məhkəmə tərkibi baxışı təyin etməyi uzatmaqla sübut etdi ki, cinayət təqibində maraqlıdır. Işə qərəzli baxılır.
Hakim:
- Rizvan Səfərovun əvəzinə Sahibxan Mirzəyevdir.
- Fransız modası kimi o qədər tez-tez dəyişirsiniz ki,
Bircə ombudsmanın şöhrət ordeni alması Azərbaycanda vəziyyətin nə yerdə olduğunu göstərir.
Bundan sonra məhkəmə vəsatəti müzakirəyə çıxardı və sonda baxılmamış saxladı.

“Mənimlə tutulanlanların yanına adam salırlar”

Bundan sonra Ağaveyis Şahverdi daha bir vəsatətlə çıxış etdi. Vəkil Əli Insanovun barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, dövlət əmlak komitəsinin sədri Kərəm Həsənov və digərilərinin məhkəməyə şahid qismində dəvət olunması, apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsini, Səhiyyə Nazirliyinin özəlləşdirməli olan obyektlərinin siyahısını müvafiq qurumlardan tələb olunmasını, təkrar kompleks məhkəmə mühasibatlıq və tikinti texniki ekspertizasının keçirilməsini, Əli Insanovun şübhəli şəxs qismində ilkin dindirmə protokolunu cinayət işinə əlavə olunmasını tələb etdi.
Vəsatətə Əli Insanovun münasibəti belə oldu:
- Bu gün də müstəntiqlər xəstəxanaları gəzib gənc mütəxəssisləri hədələyirlər ki, işə girərkən nə qədər rüşvət vermisən. Mənimlə tutulanların yanına adam salırlar, istəyirlər ki, mənə qarşı fakt toplasınlar. Baxın biz nə bəlanın içindəyik. Təsəvvür edin ki, mənim ilkin dindirilmə protokolu işin içində yoxdur. Bilirsiniz niyə? Ona görə ki, olmayan işə görə həbs olunmuşuq.

("Azadlıq" qəzeti, 31.08.2007)

İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi yarandı

Mirzə Xəzər 30 Avq 2007

no comments

27 avqust, 2007

Iranda Azərbaycanlıların milli və mədəni haqları uğrunda mübarizə aparan fəallara qarşı təzyiqlər hər gün artmaqdadır. 2006-cı ilin may qiyamından sonra həbs olunan fəallar hələ də İran məhbəslərində ikən, İran hökuməti dinc və mədəni mübarizə aparan Azəbaycanlılara qarşı yeni həbs dalğasına başlayıb.

Beynəlxalq Əfv (Amnesty International) təşkilatı və başqa insan haqlarını müdafiə mərkəzlərinin vicdan məhbusu elan etdiyi onlarla fəal İran zindanlarında ruhi və fiziki işgəncələrə məruz qalır, onların vəkillə təmin olunma və digər məhbus hüquqları pozulur, ailələri təhdidlərlə üzləşir.

İranda Azərbaycanlı məhbusların haqlarının müdafiəsi ilə məşğul olan qruplar, jurnalistlər və ziyalılar İran zindanlarında Azərbaycanlı fəallara verilən işgəncələrə qarşı beynəlxalq ictimaiyyətin etirazını səfərbər etmək üçün fövqəladə komitə - İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi - yaratmaq barədə qərar qəbul ediblər.

Komitə üzvləri hal-hazırda Tehranın Evin zindanında saxlanılan Səid Mətinpur, Cəlil Qənilu, Saleh Kamrani, Abdulla Abbasi Cavan, üç aydan artıqdır ki, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Behruz Səfəri, son günlərdə Zəncan şəhərində həbs olunan Əlirza Mətinpur və Leyla Heydəri (Behruz Səfərinin həyat yoldaşı), Urmiyə zindanında saxlanılan Elyaz Yekənli və Hadi Həmidi Şəfiq, Təbriz zindanında saxlanılan Əmir Abbas Bənayi Kazımi, Ərdəbildə məhbus olan Abbas Lisani, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Şahnaz Qulami, eləcə də İranın digər həbsxanalarında saxlanan onlarla məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir, media, insan haqlarını müdafiə təşkilatları və işgəncə əleyhinə mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı etiraz səsini ucaltmağa çağırır.

Komitə İran hökumətini adı çəkilən məhbusların İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən qanunsuz həbsinə son qoymağa çağırır.

İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi son Azərbaycanlı fəal İran zindanlarından azad edilməyənə kimi işini davam etdirəcək.

Komitənin yaranması üzrə Təşəbbüs Qrupu İranda Azərbaycanlı məhbusların işgəncəyə məruz qalması əleyhinə etirazını bildirən istənilən qrup və şəxslərin komitəyə dəstəyini alqışlayır.

Komitənin fəaliyyəti, İranda Azərbaycanlı siyasi məhbusların durumu barədə məlumat almaq və dəstəyinizi bildirmək üçün Komitənin sözçülərinə müraciət edə bilərsiniz:

Faxtə Zamani +1 604 677 2524
fakhteh.zamani@gmail.com
Əlirza Cavanbəxt + 90 538 442 6523
quluncu@gmail.com
Komitənin mail adresi:
committee.stoptorture@yahoo.com

Cənubda milli fəallar arasında yeni həbslər

Mirzə Xəzər 30 Avq 2007

ZƏNCANDA YENİ HƏBSLƏR: MİLLİ FƏALLARDAN SƏİD MƏTİNPURUN QARDAŞINI, HƏSƏN SƏFƏRİNİN HƏYAT YOLDAŞINI TUTUBLAR 2007-08-30 – 19:23:00

Güney Azərbaycanın Zəncan şəhərindəki milli fəallara qarşı təzyiqlərin artması barədə yeni məlumatlar yayılmaqdadır.

«Media forum» saytına güney mənbələrindən daxil olan məlumata əsasən, mülki geyimli ETTELAAT əməkdaşları Tehranın Evin zindanında saxlanan zəncanlı milli fəal Səid Mətinpurun qardaşı Əlirzanı və digər məhbus fəal Həsən Səfərinin həyat yoldaşı Leyla Heydərini tutaraq naməlum istiqamətə aparıblar. Yayılan xəbərlərə görə, bu iki milli fəaldan yalançı etiraflar almaq üçün onlara işgəncələr verilir.

Ötən həftə Beynəlxalq Amnistiya Təşkilatı milli fəallar Səid Mətinpur və Həsən Səfəri barədə bəyanat yayaraq İran hökumətindən onların dərhal azadlığa buraxılmasını tələb edib.

«Media forum

Əvvəlki məqalələr