Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İyulun 17-də Elmar Hüseynovun 40 yaşı tamam oldu

Mirzə Xəzər 17 İyl 2007

37 İL YAŞAMIŞ ELMAR HÜSEYNOVUN 40 YAŞI TAMAM OLUR 2007-07-16 – 14:47:00

İyulun 17-də mərhum jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Elmar Hüseynov Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbir mərhum jurnalistin 40 illik yubileyinə həsr olunub.

Fonddan «Media forum» saytına verilən xəbərə görə, saat 15-də Beynəlxalq Mətbuat Mərkəzində başlayacaq tədbirdə mərhum jurnalistin qohumları, yaxın dostları, qələm sahibləri, QHT və siyasi partiya nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

Mərasimdə E.Hüseynovun məqalələrindən ibarət kitabın ikinci cildinin də təqdimatı olacaq. Kitab «Poka qorit sveça» adlanır.

E.Hüseynovun qətlə yetirilməsinin 2-ci ildönümündə – bu il martın 2-də keçirilən tədbirdə kitabın birinci hissəsi ictimaiyyətə təqdim olunmuşdu. Kitablar «Qanun» nəşriyyatında işıq üzü görüb. E.Hüseynovun xronoloji ardıcıllıqla «Monitor» jurnalında dərc edilmiş məqalələrindən ibarət olan toplunun naşiri Şahbaz Xuduoğlu, tərtibatçısı Bella Zakirova, nəşriyyat redaktoru Nəriman Əbdülrəhmanlıdır.

Sabahkı tədbirdən sonra iştirakçılar E.Hüseynovun məzarını ziyarət edəcəklər.

«Media forum»

Cənubda bir neçə fəal azadlığa çıxıb

Mirzə Xəzər 17 İyl 2007

Təbrizdən son buraxılmış fəallar haqqında reportaj

Dünən Tir ayının 24(2007.07.15) axşam çağı saat 4 arası bir sevindirici xəbər əlimizə çatdı Təbriz zındanından. Bir neçə fəalların buraxılışıyla ki ən azı 3 aya yaxındır ki Təbriz zındanındaydılar ki ordibeheştin 6.sında əmniyəti qüvvələr tərəfindən tutulublar və 40 gün ittilaatın işkəncə yerində qalıblar və sonra Təbriz zindanında əmniyət qüvvələri nəzəri altında heç bir ittiham olmadan bu fəaları saxlamışdılar. Bu fəalların adı bunlardı:

1- Hüseyn Nəsiri, 27 yaşında, 3 ay həbsdən sonra 30 milyonluq vəsiqə ilə buraxılmışdır və 6.cı ayın 16.da yenidən məhkəməsi keçirilicək. 2- Nurullah Həsəniyan: 35 yaşında

3 ay həbsdən sonra 30 milyondan fazla vəsiqə ilə buraxılmışdır və onlarınun yenidən məhkəmələri bəlli deyil nə zaman keçiriləcək.

3- İbrahım Fərəczadə, 45 yaşında, , 3 y hbsdən sonra 70 milyonluq vəsiqə ilə buraxılmışdır və onun yenidən məhkəmələri bəlli deyil nə zaman keçiriləcək.

4- Cavad Səlmanı, yaxlaşıq 40 yaşında, 3 ay həbsdən sonra sonra 40 milyonluq vəsiqə ilə buraxılmışdır və onun yenidən məhkəmələri bəlli deyil nə zaman keçiriləcək.

تبریزدن سون بوراخیلمیش فعاللار حاققیندا رئپورتاژ

دونن تیر آیینین 24 آخشام چاغی ساعات 4 آراسی بیر سئویندیریجی خبر الیمیزه چاتدی. تبریزین زیندانین بیر نئچه فعاللارین بوراخیلماسیلا کی 3 آیا یاخیندیر کی تبریزین زینانیندایدیلار کی اردیبهشت آیینین 6.سیندا اطلاعات قووه لری طرفیندن توتولوب و 40 گون ا اطلاعات ایشکنجه یئرینده قالیب و سونرا تبریزین زیندانیندا امنیت قووه لرینین نظری آلتیندا هئچ بیر ایتتیهام اولمادان ساخلامیشدیلار. بو آزاد اولان فعاللارین آدی بونلاردی: 1- حسین نصیری، 27 یاشیندا، 3 آی حبسدن سونرا 30 میلیونلوق وثیقه ایله بوراخیلمیشدیر و 6.جی آیین 16.سیندا یئنی دن محکمه سی کئچیریله جکدیر. 2- نورالله حسنیان، 35 یاشیندا 3 آی حبسدن سونرا 30 میلیونلدان فازلا وثیقه ایله بوراخیلمیشدیر و محکمه سینین نه زامان کئچیریله جه یی بللی دئییل. 3- ابراهیم فرجزاده، 45 یاشیندا، 3 آی حبسدن سونرا70 میلیونلدان فازلا وثیقه ایله بوراخیلمیشدیر و محکمه سینین نه زامان کئچیریله جه یی بللی دئییل. 4- جواد سلمانی، یاقلاشیق 40 یاشیندا، 3 آی حبسدن سونرا 40 میلیونلدان فازلا وثیقه ایله بوراخیلمیشدیر و محکمه سینین نه زامان کئچیریله جه یی بللی دئییل.

بیز اومید اومید ائدیریک حبسده اولان میللی فعاللارین هامیسی تئزلیکله آزاد اولسونلار. اینشاللاه اسارت زنجیرلرینی قیران آذربایجانا عشق اولسون!

(Sirus Azadi)

«Cavad xan» filminin pavilyon çəkilişləri davam edir

Mirzə Xəzər 15 İyl 2007

Filmin Mətbuat Mərkəzinin məlumatı

Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olan Cavad xanın adı və taleyinin əbədiləşdirilməsi ilə bağlı «Cavad xan» çətin quruluşa malik tammetrajlı bədii filminin çəkilişləri davam edir. Xatırladaq ki, filmin senari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, ikinci rejissorlar Əliqulu Səmədov və Ənvər Həsənov, quruluşçu rəssamlar Rafiq Nəsirov və Rafiz İsmayılov, geyim üzrə rəssam isə Tahir tahirovdur. Xalq artistləri Nurəddin Mehdixanlı filmin qəhrəmanı Cavad xan, Ramiz Novruz Sisianov, Amaliya Pənahova isə gürcü çariçası Dariya obrazını yaradırlar. Döyüş səhnələriylə zəngin olan filmin natura çəkilişləri martın sonundan başlayaraq Gəncə şəhərində, Xanlar rayonu ərazisindəki Quru Qobuda başlanıb. Qeyd edək ki, Quru Qobu 1803-cü ilin payızında Sisianovla Cavad xan ordusunun ilk dəfə qarşılaşdığı ərazi kimi tarixə düşmüşdür. Daha sonra çəkilişlər Zaqatala, Şəki rayonlarında və tarixi Alban məbədində aparılıb və yaradıcı heyət iyunun sonunda iki səhnə istisna olmaqla natura çəkilişlərini başa çatdıraqaq Bakıya dönüb. Qeyd edək ki, filmin uğurlu alınması və döyüş reallığını olduğu kimi əks etdirmək üçün kütləvi səhnələrdə aktyorlarla yanaşı, Dövlət Sərhəd Xidmətinin Gəncə, Şəki və Zaqataladakı hərbi qarnizonlarının zabit və əsgər heyəti də iştirak edib. Hazırda Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasının povilyonlarında filmin interyer çəkilişləri aparılır. Məlumat üçün bildirək ki, povilyonlarda 8 səhnənin çəkilişləri nəzərdə tutulur. Ötən həftə hazır vəziyyətə gətirildiyi üçün «Şeyx ocağı» səhnəsinin çəkilişi tamamlandı. Dünən isə Masazır qəsəbəsindəki gölün kənarında daha iki natura çəkilişləri aparıldı. Filmin avqustun sonuna qədər povilyon çəkilişlərinin başa çatacağı gözlənilir. Sentyabrdan başlanaraq isə Rusiyanın Sank-Peterburq şəhərində «Cavad xan» filminin montajına start veriləcək. Bir daha xatırladaq ki, Azərbaycanın kino tarixində ilk dəfə olaraq kompüter qrafikasından istifadə olunan Cavad xan filmində kompüter qrafikası mütəxəsisləri Rusiyadan, operator qrupu Məhəmməd Məcidinin başçılığı ilə İran İslam Respublikasından, qrimyorlar isə Orta Asiyadan dəvət olunub. Həmçinin triyukları Kaskadyor Əlinin başçılıq etdiyi 26 nəfərdən ibarət qrup həyata keçirir. Ancaq əsas aktyorlar, xüsusilə baş rolun ifaçısı Nurəddin Mehdixanlı ən çətin tryuklarda belə özü şəxsən çəkilir.

«Cavad xan» filminin Mətbuat Mərkəzi

Əvvəlki məqalələr

Sonrakı məqalələr