Qobustan həbsxanasında 2 nəfər aclıq aksiyasını dayandırıb, 36 məhbus isə aksiyanı davam etdirir
QOBUSTANDA 36 MƏHBUS ACLIQ AKSİYASINI DAVAM ETDİRİR. 2 MƏHBUS AKSİYANI DAYANDIRIB 2007-06-25 – 14:59:00
Qobustan həbsxanasında 2 nəfər aclıq aksiyasını dayandırıb, 36 məhbus isə aksiyanı davam etdirir. Bu barədə «Media forum» saytına Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.
R.Ramazanovun sözlərinə görə, aclıq edən məhbuslar arasında 2002, 2003-cü illərdə ömrülük həbs cəzası almış məhbuslar da var.
Xatırladaq ki, Qobustan məhbusları bir neçə dəfə belə aksiya keçiriblər. Axırıcı dəfə onlar martın 27-də aksiyaya başlamışdılar. Aksiya aprelin 5-də dayandırılmışdı. Məhbusların tələbi onların işlərinə Ali Məhkəmədə yenidən baxılması və ömürlük həbs cəzalarının müddətli həbslə əvəzlənməsidir.
«Media forum»
Mirzə Xəzər: İlandan qorxmuram yalandan qorxduğum qədər...
İlandan qorxmam yalandan qorxduğum qədər, əziz oxucum! Yalan ilan zəhərindən daha bettər bir bəladır. İlan bir kərrə vurur, yalan min kərrə. İlan zəhəri bir kərrə öldürür, yalan elə bir fəsaddır ki, min kərrə öldürür, amma doymur, öldürməkdə davam edir. İlan zəhəri cismən öldürür, yalan elə zəhərdir ki, durmadan, ardıcıllıqla, tənəffüs vermədən ruhu bir dəfə yox, min kərrə öldürür, ancaq hələ də doymur. Ruh əzab çəkdikcə, cism də əzab çəkir. Nə can qurtarır, nə ruh, nə də ki, cism. İlandan qorxmam yalandan qorxduğum qədər! İlan insanın gözlərinin içinə baxa-baxa vurur, yalan hiylə ilə arxadan vurur, insanı buxovlayır, ona əzab verir. İlan bir insanı vurur, yalan bir nəsli və bəlkə də bir neçə nəsli iztiraba düçar edir, bütöv bir milləti, xalqı itaətdə saxlamağa qulluq edir. İlandan qorxmam yalandan qorxduğum qədər!
(24.06.2007)
Dr. Nurəddin Qərəvi: G8 toplantısında Putinin çıxışı və Azərbaycan
G8 toplantısında Putinin Çıxışı və Azərbaycan
ق۸ توپلانتی سیندا پوتین نین چیخیشی و آذربایجان
Almanda keçirilən sənaye baxımından gəlişmiş ölkələrin yığıncağından sonra deünyanın çeşidli xəbər agentlikləri, telviziyon və mətbuatında Azərbaycanın adının səslənməsi diqqəti çəkməkdədir. Buda qatil Putin cənablarının öz çıxışında Azerbaycanda Amerika ilə birlikdə raketlərin yerləşdirilməsini irəli sürmesindən qaynaqlanır. Bunu qeyd etmək yerində olarki, bu toplantıda Azərbaycan iştirak etmirdi, və Putinə də Azərbaycanı təmsil etmə icayəsi verilməmişdi. Çünki Azərbaycan müstəqil bir ölkədir. Özünün hökuməti və prezidentidə vardır. Belə bir sual ortaya çıxırki, belə bir vəsiqəyumluğu bu qatil cənaba kim vermişdir?!
Putin bu çıxışı ilə bir dəfə daha demokırasıdan, insan haqlarından, dövlətlərin suverenliyindən nə anladığını dünya ictimaiyyəti gözləri qarşısinda sərgiləmişdir. Bu onun günahi deyildir. Bu onu dəvət edən, onu tabağa qoyan, cinayətlərinə göz yumanların günahıdır. Bu orada toplanan demokratik ölkələrin özləri üçün də tovhindir. Bu işi ilk olaraq Almanın keçmiş baş naziri Şiröder cənabları etmişdir. onu Almana dəvət edib, Alman kimi demokrat bir ölkənin, demokratik şəkildə seçilmiş Parlementosunda, ona çıxış haqqı verib, üstəlik onu böyük demokrat adlandırmışdı. O sözlərinin və dəvətinin müzdünü ,baş nazirliyindən sonra almışdır. Elə o dəvət kimi , bu dəvət də onların demokrası haqda dediklərinə inancın azalmasına səbəb olmaqdadır. Qərbililər Putin cənablarını yaxşı tanırlar. Onun qaş gözünə aşıq deyirlər. Amma Avrupa və qərb ölkələri üçün bugün mühüm məsələ Rusiyanın qazı, nefti, başqa yer altı qaynaqları və 150 milyonluq bazarıdır. Təssüflə bu ölkələr bunu açıq deməkdən ağrınırlar. Onlar əməldə öz çıxarlarını xatirinə Çəçənistanı. demokrasini , insan haqlarini fəda etdilər. Bu Güney Azərbaycanlılar üçün bir dərs olmalıdır. Bu dünyada özlərini demokrat, insan haqlarının mudafiəçisi adlandıran ölkələrdə öz çıxarlarını hər şeydən üstün görürlər. Lazim olsa Tehran terorist rejimi ilədə muamiləyə gedərlər. Putinin bu toplantıya çağrılmasının elə ana səbəbi budur. Yoxsa İtaliya, Hind, Braziliya , İspaniya və….başqa ölkələr Ursiyətdən daha çox sənayeləşmiş ölkələrdirlər. Nəyə onlar bu toplantıda yoxdurlar?!
Putin Azərbaycan dövlət və millətindən soruşmadan , Azərbaycanın bir numayəndəsi bu toplantıda olmdan belə bir təklifi ortaya atması həyasızlıq və utanmazlığın zirvəsidir. Putin cənabları bunu bilməsi lazimdir ki, Azərbaycan Ursiyətin və başqa bir şəxsin şəxsi malikanəsi deyildir.Ayərbaycan suveren , mustəqil bir dövlətdir. Ona vəsiqəyum lazim deyildir. Putin cənabları hənuz 70 il Azərbaycanı ursiyətin mustəmərəsində saxlayıb, bu 70 ildə azərbaycana vurduğu mali və mənəvi xəsarətin verilməsini düşünməlidir. Bu cənabı belə bir pişnəhadı(təklifi) etməyə məcbur edən bir neçə amil vardır:
1. Moskva keçmiş imperiyası xuliyasında yaşamaqda , hənuz keçmişdəki soviyetlərin müstəmərəsində olan ölkələri öz təsir dayirəsi hesab etməkdədir. Buna görə də Çek cimhuriyyətində və Lehistanda(Poleniya)Amerika raketlərinin yerləşdiriləsi ilə muxalifət etmekdədir. 2. Bu Qafqaz ölkələri üçün də keçərlidir. Amerika və qərb ölkələri Xəzər bölgəsini öz istiratejik mənafeləri sahəsi elan etmişlər. Buna görədə bölgənin nəftini avrupaya daşımaq üçün Baki _Ceyhan nəft qurşağını pılanlaşdırıb, həyata keçirdilər. Avrupalılar bu düşüncə əsasında Azərbaycan və Gürcüstanı Avrupa şurasına aldılar. Uzun vədəli olaraq bu ölkələrin NATO əskəri birliyinə(paktına) alınmaları gözlənir. Bu Urusları və yeni Çar putini qıcıqlandırır. Tikrar öz əyağını bu bölgəyə soxmaq cəhdindədir. Ana _ babalarımız demişkən qapıdan qovulan , bacadan soxulmaq istəyir. əlbətdə bu işdə özümüzdən olan Asımılasıyona uğramış _ruslaşmış satqınlarında olduğunu unudmamaq lazimdir.
Biz Azərbaycanlılara görə bu qatil cənab ilk olaraq Azərbaycanın müstəqilliyini , suverenliyini , erazi bütünlüyünü sözdə yox əməldə tanımalıdır. İran terorist rejimi ilə və erməni canilərilə millətimizə qarşı əməkdaşlığa son qoymalıdır. 1918 dən sonra Urusların əli ilə Azərbaycandan qoparılmış bütün ərazilər tikrar Azərbaycana qaytarılıb, ərazı bütünlüyü təmin edilməli , 70 il soviyet dövründə Ayərbaycana vurulmuş madi və mənəvi xəsarəti ödəməlidir. Bütün bunlar icra edildikdən sonra, iki mustəqil dövlət olaraq , bərabər huquqlu oturub danışmaq olar. Azərbaycanımızın uzun vədəli mənafeini düşünərək , bəzi əməkdaşlıqlara gedilə bilər. Quzey Azərbaycanda hakimiyyətdə hər hansı birisinin olmasından asılı olmıyaraq , Azərbaycanda hər hansı bir yad ölkənin raketlərinin yerləşdirilməsi, yaxud casusluq cahaylarının quraşdırılıb _ işə salınması ancaq və ancaq 50 millyonluq Ayərbaycan millətinin qərarı ılə ola bilər. Qəbələ Casusluq mərkəzinin ömrunə də həm son qoyulmalıdır.
Ruslar bunu öz ərazilərində qoya bilirlər. Qərblilər demişkən Azərbaycan Moz cimhuriyyəti deyildir. Güney Ayərbaycanda dodurqayı, həsən soxdu dəyirmanı yaxud matı meyxanası deyildir, diyərlər. Millətimizə görə Qatil Putinin bu toplantıda Azərbaycanı belə raketlər üçün munasib yer gösterməsi, Yuni ayının 10 dada, utanmadan Ursiyətin necə diyərlər xarici işlər nazirinin bunu CCN teliviziyonunda tikrarlaması əməldə Azərbaycanın müsteqilliyini tanımamaqdır. Azərbaycan dövlətinə, suverenliyinə beynəlxalq səhnədə hörmətsizlik və əhanət sayılır.
Çox_ Çox təəsüflər olsun ki, bu günə qədər Azərbaycan hökuməti və dövlət başçısı bu əhanət və dedi_ kodulara reaksiya göstermemişdir. Bir suretdeki, İyun ayının yeddisində Putinin bu təklifinə reaksiya gösterilməli idi. Rusların Azərbaycandakı elçisi(səfiri) Azərbaycanın xarici işlər nazirliyinə çağrılıb, etiraz məktubu verilməli idi. həmdə beynəxalq səviyədə Azərbaycanın müsteqil bir dövlət olduğuna etinasız yanaşıldığından bu haqda birləşmiş millətlər təşkilatınada muraciət edilməsi əlverişlı olardı. Çox_ Çox təssüflə bu günə qədər Azərbaycan tərəfindən bu haqda rəsmi bir açıqlamada yayınlanmamışdır.
Bizə görə bu Ayərbaycanın suverenliyinə rəsmi mudaxilə sayılır. Yad bir ölkənin dövlət başçısının beynəxalq bir toplantıda bu dediklərinə laqeyd yanaşmaq məsuliyyətsizlikdir. Bizə görə Azərbaycan hökuməti və dövlət başçısı qorxmadan _ çəkinmədən bir suveren dövlət kimi öz görüşlərini elan etməsi gərəkir. yuxarıda qeyd edildiyi kimi, bu eyni zəmanda beyəlxalq səhnədə Azərbaycaın müstəqilliyinə , dövlət və millətinə vurulmuş ən böyük tovhin və əhanətdir.
Biz Azərbaycan milləti tərəfindən bunu kəsinliklə diyə bilərik ki, bizim ərazilərimizdə və həta qonşularımızın ərazilərində hər hansı casusluq mərkəzinin, atom silah və raketlərinin , Atom enerji mərkəzlərinin(reaktorlarinin) olmasına razı deyildir. Millətimiz bölgəmizin qeyd olunanlardan təmiz, barış bölgəsi olmasından yanadır. Azərbaycan dövləti belə durumda qarşıdan gələn təhlukəni dərk ederək NATO da uzv olmaq üçün rəsmi şəkildə muraciət etməlidir.
11 Yuni 2007 Dr. Gharevi Anadili qəzeti 23/ 273_274