ƏLİ İNSANOVUN SƏHHƏTİ AĞIRLAŞIB
Sabiq nazirin ona qarşı işgəncələrə son qoyulmasını tələb edir
Sabiq səhiyyə naziri Əli İnsanovun səhhəti ağır olaraq qalır. Onu dəfələrlə müraciət etməsinə baxmayaraq, ağır şəraitli kameradan çıxarmırlar. Bu barədə eks-nazirin müdafiəçilərindən məlumat almışdıq.
Vəkil Ağaveyis Şahverdinin bildirdiyinə görə, Əli İnsanov həm həbsxana rəhbərliyi, həm məhkəmələr, həm də Penitensiar Xidmət tərəfindən qərəzli münasibət var: “Əli müəllim dəfələrlə müraciət edib ki, müalicəsinə şərait yaradılsın, amma reaksiya verən yoxdur. Sabiq nazirin səhhətindəki problemlər isə olduqca ciddidir. Onun heç təcridxana şəraitində müalicə almasına normal şərait yaradılmır, vaxtlı-vaxtında həkim müayinəsindən keçirilmir, səhhəti günbəgün ağırlaşır. Tələb edirik ki, heç olmasa onu üfunətli, rütubətli kameradan çıxarın, bunu da etmirlər. Bu qanunsuzluqlarla bağlı məhkəməyə müraciət etmişik. Amma şikayətimizə baxmaq istəmirlər. Əli müəllim hesab edir ki, bu işgəncələr ona məqsədli şəkildə verilir. Və o, bunlara son qoyulmasını tələb edir”.
A.Şahverdi onu da nəzərə çatdırdı ki, keçmiş nazirin YAP sədrinin müavini Əli Əhmədova qarşı iddiasının taleyindən də xəbər yoxdur: “Aprelin 24-də keçirilən sonuncu məhkəmə iclasında hakim qarşı tərəfin işə digər məhkəmədə baxılması barədə vəsatətini rədd etdi və dedi ki, Əli Əhmədovun müdafiəçisi bu qərardaddan 5 gün müddətinə apellyasiya şikayəti verə bilər. Bizdə olan məlumata görə, qarşı tərəf apellyasiya şikayəti verib, amma iş orada iki aydan artıqdır ilişib qalıb. Bu, məhkəmələrin də Əli İnsanova qarşı qərəzli münasibətinin göstəricisidir”.
ORXAN
(“Yeni Musavat” qəzeti)
Rövşən Hacıbəyli: Azərbaycanda kişilər bayramı keçirilmir...
Çağırsa ellər gedərik davaya…
26 iyun 2007
Rövşən Hacıbəyli (“Azadlıq” qəzeti, 26.06.2007)
Bu gün Milli Ordu bayramıdır. Sovetin diliylə desək, kişilərin bayramı. Amma uzun illərdir ki, Azərbaycanda kişilər bayramı keçirilmir. Bunun səbəbləri çoxdur. Ən başlıcası Qarabağdır…
Qarabağ kimi itkiylə barışıb bayram keçirməyi kişi olan şəxs özünə rəva bilməz. Keçirilən bayramların, Bakını titrədən atəşfəşanlıqların mətləbə dəxli yoxdur. Qarabağ savaşı başlayandan Vətən uğrunda döyüşlərdə çox kişilərimiz sinəsini düşmən gülləsinə sipər edib, şəhid olub. Yadımdadır, biz uşaq olanda məşhur bir söz vardı. Kimsə kiməsə “kişi” deyəndə dərhal cavab gəlirdi: “Indi kişi nə gəzir, kişilər 41-45-də getdilər”. Biz indi həmin durumdayıq, kişilərimiz Qarabağ savaşında gediblər… Müharibədə, döyüşdə güllə kişiyə-qadına, mərdə-namərdə baxmır. Kimə tuş gəldi aparır. Bəzən elə olur ki, təsadüfi adamlar belə gülləyə tuş gəlir və qəhrəmana çevrilir. Həqiqi qəhrəmanlar, Vətən uğrunda canından belə keçməyi əsirgəməyənlər, canını qurban verənlər qalır kənarda. Bəzən unudulur da, layiq olduğu adı, qiyməti almır da. Əslində onlar üçün bunun heç fərqi də yoxdur. Bu yolu getməyi qarşısına məqsəd qoyanları belə xırda şeylər, fəxri adları verməyə ləyaqəti çatmayanların mükafatları maraqlandırmır. Vətən torpağını yağı tapdağından qorumağa gedənlərin amacı başqa olur. Məşhur türk əsgəri, qaziəntəpəli Şahin kimi…
Bu bayram da prezidentsiz keçəcək. Elə bil cadu eləyiblər. Dövlətimizin bütün əlamətdar bayramlarında Ilham Əliyevi harasa çağırırlar. O da məcbur olub bayramı vaxtından qabaq qeyd edir. Xalqla bir yerdə olmağın, axşamlar Hacıbalanın atəşfəşanlığına baxmağın bir ayrı ləzzəti var, deyirlər. Son illər bu ləzzət prezidentə qismət olur… Bu gün bayramdır. Atəşkəsi göz-bəbəyi kimi qoruyan ordumuzun bayramı. O ordumuzun ki, hər an Ali Baş Komandanın əmrini gözləyir. Əsgərlərlə son görüşündə prezident özü şəxsən bir daha bu ordunun hər gün artan qüdrətindən danışıb. Orduya ayrılan büdcənin düşmən ölkənin dövlət büdcəsindən artıq olduğunu deyib. Deyib və Ermənistanı bir daha qorxuya salıb. Əslində deməsə də biz orduya ayrılan büdcənin artdığının hər addımda şahidləriyik. Hər birimiz. Iş yoldaşım deyir ki, N saylı hərbi hissədə (dövlət sirrini qorumaq hər kəsin müqəddəs borcudur) xidmət edən qonşusunun əvvəllər heç maşını olmayıb. Sonralar “Jiquli” alıb, şükür ki, ildən-ilə büdcəsi artırılan ordumuzda xidmət edən zabitlərimizin də vəziyyəti yaxşılaşıb. Iş yoldaşımın qonşusu indi “Mersedes” sürür, Mərdəkanda bağ da alıb…
Bu gün bayramdır. Yadımdadır, qardaşımın oğlu əsgərlikdə olanda biz hər həftə ona yemək aparırdıq. Orduda intizam güclüdür. Həftəarası yemək aparmağa icazə vermirlər. Bunu bütün Azərbaycanda bilirlər. Ona görə də valideynlər işlərini elə düzüb-qoşurlar ki, hər həftənin şənbə və bazar günləri uşaqlarına yemək gətirə bilsinlər. Eyni zamanda puldan-paradan da verirlər ki, uşaqlar növbəti şənbə-bazara qədər birtəhər özünü dolandıra bilsin. Orduda vərəmli xəstələr çox, intizam güclüdür. Valideynlərin gətirdiyi yeməkləri əsgər kazarmaya apara bilməz. Gətirilən yeməkləri əsgər onların yanında yeməli, gözünə təpməlidir. Çox yeməli, piylənməlidir ki, vərəmə yoluxmasın…
Yaxşı yadımdadır, ötənilki bayramda əsgərlərin hər birinə (müntəzəm baş çəkdiyim hərbi hissəni nəzərdə tuturam) 2 (iki) konfet vermişdilər. Milli Ordu günü münasibətilə. Bu il konfetin sayını artırarlar yəqin. Orduya ayrılan büdcə artırılıb axı. Ağzınız şirin, bayramınız mübarək olsun!
P.S. Brayzanın, Merzlyakovun açıqlamalarına fikir verməyin; Qarabağ Milli Ordumuzun yolunu gözləyir.
(“Azadlıq” qəzeti, 26.06.2007)
Kanadada Azərbaycan məktəbi şagirdlərinin buraxılış mərasimi keçirilib
Iyulun 24-da Kanada Azerbaycan Federasiyasinin Toplanti Salonunda Azerbaycan mektebi sagirdlerinin buraxılış merasimi heyata keçirildi. Merasim proqraminin aparicisi Emine Merhalinin salamlama cixisindan sonra Azerbaycanin dovlwet hinmi seslendirildi. Merasimde mektebin sagirlderi musigi aletlerinde seslendirdikleri parcalar, numayis etdirdiklrei milli reqslerimiz, ifa etdikleri ser ve qiraet numuneleri ile istirakcilarin böyük regbetini gazandilar.Merasimde mektebin sadirgleri terefinden vetinimizi terennum eden resm ve el isleri de numayis etdirildi Mersimin sonunda sagirldere mezuniyyet diplomlari da tegdim edildi Kanada Azerbaycan ve Turk icmasinin bir cox numayendelerinin istirak etdiyi Mersimde Kanada Azerbaycan Federasiyasinin Prezidenti Ekber Mecidov, Kanada Turk Federasiyasinin Basqani Nedim Duzenli, Azerbaycan Folklor derneyinin muellimi Malik Agayev, Kanada Azerbaycan icmasinin feallarindan Saleh Ildirim,Azerbaycan mektebinin muellimesi Yegane Ceferova de merasimle bagli cixis etdiler.
(Federation of Canadian Azerbaijani Associations)