Hörmətli Mirzə müəllim
Hörmətli Mirzə müəllim,
Sizi, ailenizi və bütün doğmalarınızı və yaxınlarınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə təbrik edirəm. Yeni İldə Siyəruzi-bərəkət, iələrinizdə müvəffəqiyyət və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Elman Mustafazadə
30.12.2007
Azərbaycanlı Tələbələrin Avropa Forumunun 31 dekabr günü ilə əlaqədar keçirtdiyi tədbir barədə məlumat
Press-Reliz
Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi, dekabrın 30-da Strasburqda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ve Yeni İl münasibətiylə Strasburqda yaşayan və təhsil alan azərbaycanlılar üçün xüsusi gecə təşkil edəcək.
Baku Nights Party (Bakı Gecələri Partisi) adlanan tədbirdə milli mətbəximizin ən ləziz yeməkləri qonaqlara təqdim ediləcək.
Strasburqda fəaliyyət göstərən Les Nuits de Bakou (Bakı Gecələri) adlı yeganə Azərbaycan restorantında keçiriləcək gecədə Parisdən gələn azərbaycanlı tələbələr də iştirak edəcək.
Tədbirin təşkilatçısı, ATAF-ın Strasburq koordinatoru Elnur Məcidli, təşkil edəcəkləri bu tədbirdə Fransada və Strasburqda yaşayan azərbaycanlıların həmrəy olduqlarını göstərmək istədiklərini bildirib.
Restorantın sahibi Əli Ağayev isə, milli bayramın Strasburqda da qeyd olunmasının sevindirici olduğunu ifadə edib. Keçiriləcək gecəylə bağlı hazırlıqların tamamlandığını bildirən Əli Ağayev, qonaqların gecədən məmnun qalacaqlarına inandığını söyləyib.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə təşkil olunacaq proqramda müxtəlif yarışmalar keçiriləcək və mükafatlar təqdim olunacaq.
Bununla yanaşı, gecədə Azərbaycanın müxtəlif janrda olan mahnıları səsləndiriləcək ve milli rəqslər ifa ediləcək.
Eyni zamanda tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəsmilərinin iştirakıyla birlikdə, nümayəndəliyin rəhbəri Arif Məmmədovun da iştirak edərək tələbələri təbrik etməsi gözlənilir.
ATAF MƏTBUAT XİDMƏTİ
Söz Azadlığını Müdafiə Komitəsi prezidentin əfv fərmanını tənqid edir
2007-12-29 – 16:56:00
Söz Azadlığını Müdafiə Komitəsi prezidentin əfv fərmanını tənqid edir.
Komitənin yaydığı bəyanatda deyilir ki, daha kəskin tənqidi çıxışları ilə tanınan jurnalistlərin (Eynulla Fətullayev, Qənimət və Sakit Zahidovlar) azad olunmaması hakimiyyətin azad mətbuata qarşı repressiya siyasətini davam etdirdiyini göstərir: «Məhz siyasi hakimiyyəti sərt tənqid edən jurnalistlərə qarşı ayrı-seçkilik salınması bir daha sübut edir ki, həmin mətbuat işçilərinin həbsi siyasi xarakter daşıyır».
Söz Azadlığını Müdafiə Komitəsi bir qrup hüquq müdafiəçisi və jurnalist tərəfindən mətbuatı müdafiə məqsədilə yaradılıb.
«Media forum»