Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Hörmətli Mirzə muəllim

Mirzə Xəzər 31 Dek 2007

Hörmətli Mirzə muəllim!

Dunyada olan soydashlarimizin hemreylik gunu ve Yeni 2008-ci ilinizi semimi-qelbden tebrik edirem ! Sizlere can sagligi ve uzun omur arzulayiram!

Evlerimizde ve Dunyada eminamanliq diliyirem!

Hormetle Intigam Ibrahimoglu Almaniya

YENİ İLİNİZ MÜBARƏK!

Mirzə Xəzər 31 Dek 2007

YENİ İLİNİZ MÜBARƏK! YENI İL VƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ BÜTÜN OXUCULARIMIZI TƏBRİK EDİRİK!

DEKABRIN 31-də ABBAS LİSANİ HƏBSDƏN BURAXILMALIDIR

Mirzə Xəzər 30 Dek 2007

2007-12-30 – 18:46:00

Güney Azərbaycan milli fəalı Abbas Lisaninin 18 aylıq həbs müddəti sabah başa çatır.

«Media forum» saytının məlumatına görə, A.Lisani zindandan dostu və həmkarı Həsən Ərkə zəng edərək 18 aylıq həbs müddətinin dekabrın 31-də başa çatdığını bildirib. Milli fəal sabah ona 50 şallaq zərbəsinin vurulacağını da bildirərək belə ədalətsiz cəzaya müqavimət göstərəcəyini vurğulayıb: «Şallaq hökmünün icrasına mane olmağa çalışacağam. Məni şallaqlamaq istəyirlərsə, zor tətbiq etməlidirlər, öz könlümlə yerə uzanmayacağam. Azərbaycanlı məhbuslara qarşı çıxarılan bütün hökmləri ədalətsiz, milli fəallara qarşı şallaq hökmünün icrasını isə böyük təhqir sayıram».

H.Ərk Abbas Lisaninin sabah azadlığa buraxılmasına ümidvar olduğunu deyib: «Dekabrın 31-də Abbas Lisaninin həbs müddəti başa çatır. Bundan sonra onu hər hansı bir bəhanə ilə zindanda saxlamaq qanuna zidd hərəkət sayılır».

«Media forum

Əvvəlki məqalələr