Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycanlı Tələbələrin Avropa Forumunun 31 dekabr günü ilə əlaqədar keçirtdiyi tədbir barədə məlumat

Mirzə Xəzər 30 Dek 2007

Press-Reliz

Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi, dekabrın 30-da Strasburqda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ve Yeni İl münasibətiylə Strasburqda yaşayan və təhsil alan azərbaycanlılar üçün xüsusi gecə təşkil edəcək.

Baku Nights Party (Bakı Gecələri Partisi) adlanan tədbirdə milli mətbəximizin ən ləziz yeməkləri qonaqlara təqdim ediləcək.

Strasburqda fəaliyyət göstərən Les Nuits de Bakou (Bakı Gecələri) adlı yeganə Azərbaycan restorantında keçiriləcək gecədə Parisdən gələn azərbaycanlı tələbələr də iştirak edəcək.

Tədbirin təşkilatçısı, ATAF-ın Strasburq koordinatoru Elnur Məcidli, təşkil edəcəkləri bu tədbirdə Fransada və Strasburqda yaşayan azərbaycanlıların həmrəy olduqlarını göstərmək istədiklərini bildirib.

Restorantın sahibi Əli Ağayev isə, milli bayramın Strasburqda da qeyd olunmasının sevindirici olduğunu ifadə edib. Keçiriləcək gecəylə bağlı hazırlıqların tamamlandığını bildirən Əli Ağayev, qonaqların gecədən məmnun qalacaqlarına inandığını söyləyib.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə təşkil olunacaq proqramda müxtəlif yarışmalar keçiriləcək və mükafatlar təqdim olunacaq.

Bununla yanaşı, gecədə Azərbaycanın müxtəlif janrda olan mahnıları səsləndiriləcək ve milli rəqslər ifa ediləcək.

Eyni zamanda tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəsmilərinin iştirakıyla birlikdə, nümayəndəliyin rəhbəri Arif Məmmədovun da iştirak edərək tələbələri təbrik etməsi gözlənilir.

ATAF MƏTBUAT XİDMƏTİ

Əvvəlki məqalə: Söz Azadlığını Müdafiə Komitəsi prezidentin əfv fərmanını tənqid edir

Sonrakı məqalə: Hörmətli Mirzə müəllim