Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Söz Azadlığını Müdafiə Komitəsi prezidentin əfv fərmanını tənqid edir

Mirzə Xəzər 29 Dek 2007

2007-12-29 – 16:56:00

Söz Azadlığını Müdafiə Komitəsi prezidentin əfv fərmanını tənqid edir.

Komitənin yaydığı bəyanatda deyilir ki, daha kəskin tənqidi çıxışları ilə tanınan jurnalistlərin (Eynulla Fətullayev, Qənimət və Sakit Zahidovlar) azad olunmaması hakimiyyətin azad mətbuata qarşı repressiya siyasətini davam etdirdiyini göstərir: «Məhz siyasi hakimiyyəti sərt tənqid edən jurnalistlərə qarşı ayrı-seçkilik salınması bir daha sübut edir ki, həmin mətbuat işçilərinin həbsi siyasi xarakter daşıyır».

Söz Azadlığını Müdafiə Komitəsi bir qrup hüquq müdafiəçisi və jurnalist tərəfindən mətbuatı müdafiə məqsədilə yaradılıb.

«Media forum»

Əvvəlki məqalə: RAFİQ TAĞI: «BU GÜN BİZİM ÜÇÜN BİR QƏDƏR KƏDƏRLİ OLDU»

Sonrakı məqalə: Azərbaycanlı Tələbələrin Avropa Forumunun 31 dekabr günü ilə əlaqədar keçirtdiyi tədbir barədə məlumat