Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

QƏNİMƏT ZAHİD HƏBSDƏ QALDI, VƏSATƏT RƏDD EDİLDİ

Mirzə Xəzər 26 Dek 2007

2007-12-26 – 13:44:00

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə baxışı gələn il yanvarın 8-nə təyin edilib. Bu barədə «Media forum» saytına baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib.

A.Mürsəliyevanın sözlərinə görə, hakim Südabə Məmmədova Q.Zahid və baş redaktorla insidentə görə tutulmuş V.Həsənov barəsində çıxarılmış həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə qaldırılmış vəsatəti qəbul etməyib: «Hakim müşavirə otağından qayıtdıqdan sonra bu barədə qərarı elan etdi. Daha sonra məhkəmə baxışı gününün hansı tarixdə keçiriləcəyi barədə məlumat verdi».

Baş redaktorun həyat yoldaşı bu gün hakim S.Məmmədovaya ərizə ilə müraciət edib. O, dekabrın 30-da Q.Zahidlə görüşmək istəyir.

Xatırladaq ki, bu il noyabrın 7-si saat 16 radələrində «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi «Azərbaycan» nəşriyyatının binası qarşısında Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Q.Zahid arasında mübahisə yaranıb və dava düşüb. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən V.Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib. Noyabrın 10-da polis idarəsinə çağırılan Q.Zahidə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham elan olunub. Bir gün sonra barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. V.Həsənov da eyni ittihamla 2 aylığa həbs edilib.

«Media forum»

Əvvəlki məqalə: ƏLİ İNSANOVUN VƏKİLLƏRİ SƏFİRLİKLƏRƏ MÜRACİƏT ETDİ

Sonrakı məqalə: Arif Yunus: “Metyu Brayza və Beynəlxalq Böhran Qrupu enerji şirkətləri ilə bağlı qüvvələrdir