ƏLİ İNSANOVUN VƏKİLLƏRİ SƏFİRLİKLƏRƏ MÜRACİƏT ETDİ
Diplomatlardan sabiq nazirin təqib edilməsi məsələsinə diqqət yetirmək xahiş olunur
Sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri dünən xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edib. ABŞ, İngiltərə, Rusiya, Norveç, Almaniya və digər ölkələrin diplomatik nümayəndəliklərinə ünvanlanan müraciətdə sabiq nazirin dözülməz şəraitdə saxlanılması və onun məhkəmələrinin vaxtının uzadılmasından söhbət açılıb.
“Müraciətimizdə göstərmişik ki, Əli İnsanovun saxlanıldığı barakda istilik sistemi yoxdur. Buna görə də o, əziyyət çəkir, gecələr soyuqdan yata bilmir. Məhkəmələrlə bağlı isə qeyd etmişik ki, İnsanov onunla bağlı məhkəmələrin vaxtının uzadılmasını özünə qarşı təqib kampaniyasının davamı hesab edir. Bu hərəkətlər Əli İnsanova bacardıqca çox işgəncə vermək xarakteri daşıyır”- deyə sabiq nazirin vəkili Toğrul Babayev qəzetimizə açıqlamasında bildirib.
E.QƏDİMOV (“Yeni Musavat” qəzeti)
Əvvəlki məqalə: Əvəz Temirxan: “Ilham Əliyev xalqdan üzr istəməlidir”
Sonrakı məqalə: QƏNİMƏT ZAHİD HƏBSDƏ QALDI, VƏSATƏT RƏDD EDİLDİ