Əkbər Paşayi Urmiya İnqilab Məhkəməsinin hökmünə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib
GÜNEYLİ TƏLƏBƏ 1 İL İŞ ALIB
2007-12-10 - 19:45:00
Əslən Güney Azərbaycanın Miyana şəhərindən olan Urmiya Unversitetinin tələbəsi, «Ustad Şəhriyar» dərnəyinin rəhbəri Əkbər Paşayi Urmiya İnqilab Məhkəməsinin hökmünə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Güney Azərbaycan İstiqlal Partiyasına havadarlıq etmək, partiyanın xeyrinə təbliğat aparmaq, 2005-ci ilin may hadisələri zamanı SMS vasitəsilə əhalini aksiyalara cəlb etmək, Urmiya Universiteti tələbələrinin «İran» qəzeti əleyhinə keçirdikləri oturaq aksiyanın bəyanatını oxumaq və pantürkistçilik
ittihamları irəli sürülüb.
Bu ilin mayında həbs olunan Ə.Paşayi Urmiya Universiteti İnzibati Komitəsinin qərarı ilə 1 il təhsildən də məhrum edilib.
«Media forum»
Əvvəlki məqalə: Tehran Universitetində minlərlə tələbənin iştirakı ilə İran prezidenti Mamud Əhmədinejada qarşı etiraz nümayişi keçirilib
Sonrakı məqalə: Akif Nağı: "Bu iqtidardan Qarabağın xilasını gözləmək sadəlövhlükdür"
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3171