Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«TOLIŞİ SƏDO»çuların MƏHKƏMƏSİ DEKABRIN 12-də DƏ QAPALI KEÇİRİLƏCƏK

Mirzə Xəzər 08 Dek 2007

2007-12-07 – 18:35:00

«Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun və qəzetin məsul katibi Elman Quliyevin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədəki proses dekabrın 12-də öz işini davam etdirəcək. Həmin gün prosesə baxış başlayacaq. Bu barədə «Media forum» saytına N.Məmmədovun Huqüqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov məlumat verib.

Bugünkü məhkəmə iclasının günortadan sonra keçirilən hissəsində hakim Şakir Ələsgərov N.Məmmədovun vəkili Ramiz Məmmədovun vəsatətlərini təmin etməyib.

Bu gün günün birinci yarısında başlayan məhkəmə qapalı keçirilib və hakim dekabrın 12-ə təyin edilən prosesin də qapalı keçiriləcəyini deyib.

Xatırladaq ki, N.Məmmədov və E.Quliyev bu ilin fevralında tutulublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurlar.

«Media forum»

Əvvəlki məqalə: "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidov aclığa başlayıb

Sonrakı məqalə: FƏRHAD ƏLİYEV QARDAŞI İLƏ BİR KAMERADA SAXLANMASINI XAHİŞ EDİB