Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

"Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidov aclığa başlayıb

Mirzə Xəzər 08 Dek 2007

QƏNİMƏT ZAHİD ACLIĞA BAŞLAYIB 2007-12-08 – 18:01:00

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid bu gündən aclıq aksiyasına başlayıb. Bu məlumatı «Media forum» saytının əməkdaşı ilə söhbətində baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva da təsdiq edib. Baş redaktor mətbuata basqılara son qoyulması tələbilə müddətsiz aclıq etmək niyyətindədir.

«Turan» bu gün «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun həmrəylik məqsədilə aclıq aksiyasına qoşulduğu barədə məlumat yayıb.

Q.Zahidin həbsinə noyabrın 7-si saat 16 radələrində «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi «Azərbaycan» nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Q.Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən V.Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.

Noyabrın 10-da həmin polis idarəsinə çağırılan Q.Zahidə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham elan olunub. Bir gün sonra onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. V.Həsənov da eyni ittihamla 2 aylığa həbs edilib.

«Media forum»

Əvvəlki məqalə: QƏNİMƏT ZAHİDİN ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Sonrakı məqalə: «TOLIŞİ SƏDO»çuların MƏHKƏMƏSİ DEKABRIN 12-də DƏ QAPALI KEÇİRİLƏCƏK