Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Güney Azərbaycan milli fəallarına qarşı geniş həbs və təzyiqlərin artması barədə yeni məlumatlar yayılmaqdadır

Mirzə Xəzər 30 Noy 2007

no comments

GÜNEYLİ MİLLİ FƏALLARA TƏZYİQLƏRLƏ BAĞLI YENİ MƏLUMATLAR
2007-11-30 - 21:10:00


Güney Azərbaycan milli fəallarına qarşı geniş həbs və təzyiqlərin artması barədə yeni məlumatlar yayılmaqdadır.

«Media forum»un məlumatına görə, Urmiya Azad Universitetinin tələbəsi Hadi Həmidi Şəfiq, Sulduz Azad Universitetinin tələbəsi Mehdi Nuri, Ankara Universitetinin tələbəsi Məhəmməd Nüsrəti, Tehran Şəhid Rəcai Pedaqoji Universitetinin elmi heyətinin üzvü Abdulla Abbasi, həmçinin digər milli fəallar Səid Mətinpur, Saleh Kamrani, Cəlil Qənilu, Yaqub Salekiniya, Mir Qasım Seyyedinzadə və s. fəallar həbsdə saxlandığı bir vaxtda Urmiya Universitetinin kənd təsərrüfatı fakültəsinin tələbəsi Pəsrviz Sultani (Araz) İnqilab Urmiya Məhkəməsindən 5 ay şərti həbs cəzası alıb və iki illiyə təhsildən məhrum edilib. Urmiya Universitetinin tələbəsi İbrahim Rəşidi (Savalan) Urmiya İnqilab Məhkəməsi tərəfindən 5 ay şərti həbsə və 50 min tümən (50 manat) nağd pul cəriməsinə məhkum olunub.

Məlumatda həmçinin bildirilir ki, digər milli fəal Şirzad Hacilu Xoy İnqilab Məhkəməsi tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilib.


«Media forum»

Stokholmda 21 Azər tədbiri keçiriləcək

Mirzə Xəzər 29 Noy 2007

no comments

21 Azər tədbirinin keçirilməsi ilə bağlı bildiri

Dəyərli həmvətənlər!
1945 ildə Seyid Cəfər Pişəvərinin başçiliği ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Demokratik Hakimiyyəti millətimizin həyatında ən önəmli tarixi hadisələrdən biridir. Bu hakimiyyətin ömrü cəmi bir il olsa da bu tarix heç zaman unudulmur, nəsildən nəsilə keçməklə qan yaddaşımıza həkk olunmaqdadır. Bu gun Azərbaycanımızın güneyində baş verən milli oyanış və azadlıq hərəkatı milli qürur mənbəyimiz olan Sətttarxan və Bağırxanlardan başlasa da, sonradan guzeydə və güneydə Rəsulzadə, Pişəvəri və Elçibəylərlə davam etdirilmiş və bu günümüzədək çatdırılmışdır. Mübarizəmizin bu gün də davam etməsinin ən başlıca səbəbi isə millətimizin öz mübarizəsini hələ də başa çatdırmaması və hələlik, tam olaraq öz istiqlalına qovuşa bilməməsidir.
Bu tarixi heç bir zaman unutmamaq, bu mübarizədə canlarını qoymuş insanlarımızın xatirəsini bir daha yad etmək və milli hərakatımıza dəstək olmaq məqsədi ilə bu ilin dekabr ayının 8 də şənbə günü saat 16 dan 20 dək Stokholm şəhərində tədbir keçirilməsi qərara alınmışdır.

Tədbir zamanı bu tarixi günümüzlə bağlı qısa çıxışlar olacaq, film nümayış etdiriləcək, musiqi anları yaşanacaq, yüngül yeməklər veriləcək, çay süfrəsi açılacaqdır.
Tədbirə qəlbi Azərbaycan davası ilə döyünən hər kəs dəvətlidir və başqa ölkələrdən də soydaşlarımızın qatılacağı gözlənilir.

Bu gecədə hamımızın birgə olmamız üçün bu ünvana gələ bilərsiz.
Esplanaden 3 C, Sundbyberg dəmir yolu və Metro stansiyası yaxınlığında Sundbyberg ABF binasının birinci mərtəbəsi.
Ünvan haqqında daha ətraflı məlumat aşağıdakı linkdə vardır.

http://gulasidorna.eniro.se/query?what=cs&search_word=ABF+Sundbyberg&geo_area=

Tədbirin təşkilatçıları “Odlar Yurdu” və “Bütöv Azərbaycan” təşkilatlarıdır.

Əlaqə telefonlarımız
0735521878
0707760303

Vəkillər: Fərhad Əliyev ölüm ayağındadır

Mirzə Xəzər 28 Noy 2007

no comments

FƏRHAD ƏLİYEV ÖLÜM AYAĞINDADIR
MTN təcridxanasından şok xəbər
Vəkillər sabiq nazirin hər an həyatını itirə biləcəyini deyirlər



Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sağlamlıq durumu kəskin dərəcə də pisləşib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq nazir ölüm ayağındadır, yaxın günlərdə sabiq nazir müalicə olunmasa, daha böyük faciə baş verə bilər. Dünən sabiq nazirlə görüşən vəkili İsaxan Aşurov Fərhad Əliyevin sağlıq durumunun pisləşdiyini təsdiq edib: “Fərhad Əliyevin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsinə şərait yaradılmadığından, vəziyyəti getdikcə pisləşir.
Ümumiyyətlə, onun qapalı kamera şəraitində müalicə olunması da mümkün deyil. Kamerada onu yalnız müayinə etmək mümkündür. Lakin bunu da etmirlər. Baxmayaraq ki, Fərhad Əliyevin ürəyindəki ağrılar onun bel nahiyyəsində də dəhşətli ağrılara çevrilir. Buna kimi biz onun xarici həkiminin onu müayinə və müalicə etməsini tələb edirdiksə, indiki vəziyyətdə bu tələbi səsləndirmirik. İstəyirik ki, özləri istədikləri ürək həkimi ilə onu müayinə və müalicə etsin”.
Vəkil sonda sabiq nazirin vəziyyətinin ağır olduğunu bir daha vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də təcridxanada olub və sabiq nazirlə görüşüb.
Xatırladaq ki, hələ ötən həftənin sonunda Fərhad Əliyevin digər vəkili Elton Quliyev mətbuata açıqlama vermişdi ki, keçmiş nazirin əlləri saralıb, üzü şişib, yeriyə bilmir.
Qeyd edək ki, iki gün öncə daha bir siyasi məhbus Faina Kunqurova saxlanıldığı istintaq təcridxanasında müəmmalı şəkildə vəfat edib. Onun aclıq aksiyası keçirdiyi üçün öldüyünü iddia edənlər də var. Başqa bir mənbə isə onun nəfəs yolları xəstəliyinin müalicə edilməməsi səbəbindən vəfat etdiyini bildirib. Bu hadisənin fonunda F.Əliyevin həyatına real təhlükə olduğunu əlavə faktlarla sübut etməyə ehtiyac da yoxdur.

CAHANGİR ("Yeni Musavat" qəzeti)

Əvvəlki məqalələr