Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

TƏBRİZ UNİVERSİTETİNİN MÜƏLLİMİ İŞ YERİNDƏ HƏBS OLUNUB

Mirzə Xəzər 29 Okt 2007

2007-10-29 – 18:34:00

Məhəmməd Əli Heydəri

Oktyabrın 27-də ETTELAAT əməkdaşları Təbriz Universitetinin siyasi elmlər üzrə müəllimi, doktor Məhəmməd Əli Heydərini iş yerində tutub naməlum istiqamətə aparıblar.

«Media forum» saytının məlumatına görə, doktor Heydəri tələbəlik illərindən milli hüquqların tanınması uğrunda fəal iş aparıb və vaxtilə «Düzgün» adlı tələbə jurnalının baş redaktoru olub.

Əslən Mərənd şəhərindən olan və Tehranda yaşayan doktor Heydərinin hansı ittihamlar əsasında tutulduğu, hazırda harada saxlandığı barədə hər hansı məlumat yoxdur.

(“Media Forum”)

Əvvəlki məqalə: EYNULLA FƏTULLAYEV SON SÖZLƏ ÇIXIŞ EDİB: «BİZİM MƏHKƏMƏLƏRİMİZ NASİST MƏHKƏMƏLƏRİNDƏN DƏ BETƏRDİR»

Sonrakı məqalə: EMİN FƏTULLAYEV: «HÖKM ELAN EDİLƏNDƏ EYNULLA GÜLÜRDÜ