QOBUSTAN HƏBSXANASINDA 4 MƏHBUS ACLIQ AKSİYASINI DAVAM ETDİRİR
2007-09-14 – 14:43:00
Ədliyyə Nazirliyi Penitensiar Xidməti mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov «Media forum»un əməkdaşıyla söhbətində Qobustan həbsxanasında aclıq aksiyası keçirən məhbusların sayının 15-ə çatması ilə bağlı xəbərləri təkzib edib.
M.Sadıqovun sözlərinə görə, aksiya keçirənlərin sayı dəyişməz qalıb: «Eyni adamlardır. Rauf Eyvazovun ağzının tikməsi ilə bağlı yayılan xəbərlər də şayiədən başqa bir şey deyil».
Xatırladaq ki, sentyabrın 12-də Qobustan həbsxanasında saxlanılan 5 nəfər – Şakir Rzaxanov, Aydın Rzayev, Çingiz Paşayev, Yalçın Rzayev və Rauf Eyvazov ömürlük həbs cəzalarının müddətli cəza ilə əvəz edilməsi tələbi ilə aclıq aksiyasına başlayıb. Sentyabrın 13-də Rauf Eyvazov aksiyanı dayandırıb.
1998-ci ildə ölüm hökmünün ləğvi nəticəsində ömürlük məhbusa çevrilmiş dustaqlar dəfələrlə Qobustan həbsxanasında aclıq aksiyası keçiriblər.
«Media forum»
Əvvəlki məqalə: SUMQAYITDA ƏLİ İNSANOVUN MÜDAFİƏÇİSİ RİZVAN TALIBOVUN MÜHAKİMƏSİ BAŞLAYIB
Sonrakı məqalə: Əli İnsanov: “XALQ BU REJİMƏ NİFRƏT EDİR”